Ana səhifə
24 Sentyabr 2018

Pan Gi Mun Fələstinin tanınmasından danışdı

BMT-nin baş katibi Pan Gi Mun İsveçin Fələstin dövlətini tanımasını nəzərə aldığını və bu məsələnin təşkilata üzv olan hər bir ölkənin öz işi olduğunu hesab etdiyindən əlavə şərh verməyəcəyini bildirib.

 

 

Ucnoqta.az”  AzərTAc-a istinadla xəbər verir ki, baş katibin bu məsələyə dair münasibətini jurnalistlərə onun rəsmi təmsilçisi Stefan Dyujarrik çatdırıb. “Bu və ya digər dövləti tanımaq BMT-yə üzv ölkələrin özlərinin həll etməli olduqları məsələdir. Qurumun baş katibi təbii ki, İsveçin bu qərarından məlumatlıdır və bu məsələni şərh etmir” – deyə Dyujarrik əlavə edib.

 

Xatırladaq ki, oktyabrın 30-da İsveçin daxili işlər naziri Marqot Valstrem xüsusi çağırılmış mətbuat konfransında krallığın Fələstin dövlətinin tanınması haqda qərar qəbul etdiyini elan etmişdi. Onun fikrincə bu addım Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə nizamlanmasına şərait yaradacaq. İsrailin Daxili İşlər Nazirliyi isə öz növbəsində bu qərarın “təəssüfə layiq” olduğunu bildirib və məsləhətləşmə üçün Stokholmdan öz səfirini geri çağırıb.

 

Qeyd edək ki, Fələstin dövləti rəsmi olaraq 134 ölkə tərəfindən tanınıb. Ərəb Ölkələri Liqasına daxil olan Fələstin BMT-də müşahidəçi dövlət hüquqları ilə təmin olunsa da, qurumun bərabərhüquqlu üzvü statusuna malik deyil. O, BMT-dəki statusunu artırmaq üçün Təhlükəsizlik Şurasının razılığını almalıdır. Lakin hazırda Təhlükəsizlik Şurasının hər bir qərarına veto qoymaq hüququna malik olan və İsrailin əsas müttəfiqi sayılan ABŞ-ın tutduğu mövqeyə görə bu, mümkün deyil.

Tarix
1 Noyabr 2014 [00:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin