Ana səhifə
14 Noyabr 2018

Məmmədovları vuran kimdir? - Anarın dostu danışdı

Türkiyənin “Hürriyet” qəzetində Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədovun sifarişli qətl hazırlaması haqqında sensasiya dolu materialın dərc olunmasından iki gün keçir.

 

Lakin indiyədək nə nazir Ziya Məmmədov, nə də oğlu təkzib yaymayıb. Yalnız Anar Məmmədovun vəkili nazirn oğlunun ünvanına ittihamları təkzib edib.

Xatırladaq ki, “Hürriyet” qəzeti Türkiyədə Anar Məmmədovun keçmiş mühafizəçisinin qətlinə cəhdin araşdırılması üzrə cinayət işinin istintaq materiallarına istinad edir.

Qətl cəhdinə görə həbs edilmiş şəxs istintaqda qətli Anar Məmmədovun sifariş etdiyini, bunun üçün 500 min dollar ayırdığını bildirib. Sifarişli qətlin səbəbinin mühafizə rəisinin Məmmədovun gəlirlərinin bir hissəsini mənimsəməsi olduğu, bunun nəticəsində mühafizə rəisinin tabeliyindəki şəxs tərəfindən aradan qaldırılmasına cəhd edildiyi iddia olunur.

Qeyd edək ki, hadisə 2013-cü ilin may ayında Antalyada baş verib. “Hürriyet”in versiyasına görə, Məmmədovların bu şəhərdə mülkü var.

Nazirin oğlunun adı dəfələrlə müxtəlif qalmaqallı hadisələrdə hallanıb. Lakin bu, onun hökumətyönlü Azərbaycan-Amerika Cəmiyyəti təşkilatına rəhbərlik etməsinə, ABŞ-da müxtəlif tədbirlər keçirməsinə və lobbiçilik fəaliyyəti ilə məşğul olmasına mane olmayıb (“Turan”).

Ucnoqta.azxəbər verir ki, Virtualaz.org saytının bu mövzu ilə bağlı əldə etdiyi məlumat isə Məmmədovların nədən susmasına bir qədər aydınlıq gətirir.

Anar Məmmədovun yaxın çevrəsinə daxil olan yaxın dostlarından biri virtualaz.org saytının müxbirinə bildirib ki, “Hürriyet” qəzetindəki məlum yazı bəzi məmurların Ziya Məmmədova qarşı apardığı sufarişli kampaniyanın tərkib hissəsidir.

Mənbə bildirib ki, nəqliyyat nazirinin rəqibləri və düşmənləri onu rəhbərliyin nəzərində gözdən salmağa, istefa verməsinə nail olmağa və həmin vəzifəyə öz adamlarını yerləşdirməyə çalışırlar.

Anar Məmmədovun dostunun iddiasına görə, nüfuzlu türk qəzetində dərc olunan və böyük rezonans doğuran son məqalə bu kampaniyanın kulminasiya nöqtəsinə çevrildi: “Bu məqaləni sifariş edənlərin hədəfi Anar Məmmədov deyil, Ziya Məmmədovdur. Anar Məmmədov isə bu məsələ haqda heç nə danışmayacaq. Heç kim ondan açıqlama gözləməsin”.

Siyasi müşahidəçilərin fikrincə, nəqliyyat nazirinə qarşı telekanallarda da son vaxtlar müəyyən kampaniya gedir və bu proses güclənir.

 

Tarix
31 Oktyabr 2014 [18:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin