Ana səhifə
21 Noyabr 2018

İlhamə Quliyeva özünə qəbir tikdirməsindən danışdı

Son vaxtlar dünyada bir çox siyasətçilər, mədəniyyət adamları, müğənnilər və başqa məşhur insanlar ölümündən əvvəl özlərinə məzar yeri düzəltirməyə başlayıb. Belə hallar ölkəmizdə də az deyil. Bu insanlar qəbirlərini də qeyri-adi formada hazırlatdırıb. Belə məşhurlardan biri də Türkiyə şou-biznesində söz sahibi sayılan müğənni Bülənt Ərsoydur. O hətta məzarının üstündə bulaq tikdirəcəyini də deyib. Müğənni bunu suyu çox xoşlaması ilə əlaqələndirib:

 

 

 

“Hər kəs mənim qəbrimin başında doya-doya su içsin deyə, belə qərara gəldim."

 

 

 

Ucnoqta.azın əməkdaşı hər zaman öz qalmaqallı açıqlamaları ilə gündəmdə olan və türk şou-biznesində söz sahibi olan Bülənt Ərsoyun belə bir addım atmasına, Azərbaycanın və Dağıstanın xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli İlhamə Quliyevadan münasibət öyrənib. Primadonna İlhamə Quliyeva açıqlamasında Bülənt Ərsoyun belə addım atmasına nifrətlə yanaşdığını bildirib. “Mənim belə şeylərə fikrim çox mənfidi. Bu, Bülənt Ərsoyun sərsəm, ağılsız addımlarıdı. Allahın yazdığı ömürdü. Allah hər kəsə uzun ömür, can sağlığı versin. Əvvəlcədən özümə qəbir qazdırmıram. O qəbir qazmaq, mənə arzu edənlərə qismət olsun. Allah qoysa, nə vaxtsa 95 yaşında rəhmətə gedəndə, mənim dövlətim var. Dövlətim harada məsləhət biləcək, orada da dəfn olunacam."

 

 

 

Xəyalə

Tarix
31 Oktyabr 2014 [18:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin