Ana səhifə
23 Sentyabr 2018

14 yaşlı yaşlı oğlana 9 İL HƏBS CƏZASI

Bu gün Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən, Yevlax sakini, 2000-ci il təvəllüdlü Nazim Bəkirovun işi ilə bağlı məhkəmə prosesi başa çatıb.

 

Ucnoqta.az xəbər verir ki, hakim Əlisultan Osmanov sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin qərarı ilə təqsirləndirilən 14 yaşlı N. Bəkirov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin aprel ayında Yasamal və Nəsimi rayon Polis İdarələrinin əməkdaşları Mədinə Ağcayevaya məxsus mağazadan 630 manat pul, danışıq kartları və tütün məmulatını, Şirzad İbrahimovun cibindən isə 450 manat pul oğurlamış Yevlax rayon sakini Nazim Bəkirov saxlanılıb.
İstintaqla müəyyən edilib ki, o, ötən il dekabrın 28-də Rəşad Abdullayevə məxsus “VAZ-2107” markalı avtomobildən 1200 manat, maqnitafon və görüntü kamerası, Arzu Allahverdiyevanın gözəllik salonundan 200 manat pul, Sahib Muxtarova, Ramil Abbasova, Şamil Namazova və Aqil Abbasova məxsus mağazalardan pul və ərzaq məhsulları oğurlayıb.(Lent.az)

 

Tarix
31 Oktyabr 2014 [18:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin