Ana səhifə
19 Noyabr 2018

Arvadını öldürüb intihara əl atan kişiyə 13 il iş verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə, özünə isə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Qulamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ucnoqta.az”  xəbər verir ki, əldə etdiyi xəbərə görə, hakim Tamella Nsərullayevanın sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə görə, Sənan Qulamov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, S.Qulamov həyat həyat yoldaşı Əfiqəni qohumu Fəridə Səlimcanovanın evində qətlə yetirməkdə ittiham olunub.

Sözügedən qətl hadisəsi bu il aprel ayının 5-də Keşlə qəsəbəsində baş verib. Hadisədən sonra o, özü də intihar etmək istəyib. Boyun, qol və qarın nahiyələrindən özünə xəsarət yetirib. Ətrafdakılar onun özünü öldürməsinə mane olublar. Xəstəxanada S.Qulamova tibbi yardım göstərilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (Virtualaz.org)

 

Tarix
31 Oktyabr 2014 [21:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin