Ana səhifə
20 Noyabr 2018

Nazir prezidentlə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov prezident İlham Əliyevin səmimi salamlarını Belarus prezidentinə çatdırıb.

 

Prezident Aleksandr Lukaşenko onun da səmimi salamlarının və xoş arzularının Azərbaycan prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Belarus prezidenti iki ölkə arasındakı əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb və bu istiqamətdə atılan səyləri dəstəklədiyini bildirib. Dövlət başçısı  əlavə edib ki, iki ölkənin əməkdaşlığının böyük perspektivləri var.

Görüşdə qarşıdan gələn ildə hökumətlərarası komissiyanın iclasının keçirilməsi məsələsi müzakirə edilərək, onun gündəliyinin ikitərəfli əməkdaşlığın inkişaf istiqamətlərinə uyğun olaraq zənginləşdirilməsinin vacibliyi vurğulanıb.

Nazir  Azərbaycan Respublikası tərəfindən də iki ölkə arasındakı əlaqələrin inkişafının yüksək qiymətləndirildiyini və beynəlxalq məsələlərə münasibətdə ölkələrimiz mövqelərinin üst-üstə düşdüyünü deyərək, Azərbaycanın ticarət dövriyyəsinin artırılması istiqamətində ardıcıl səylər göstərdiyini bildirib.

Tarix
6 Oktyabr 2014 [16:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin