Ana səhifə
20 Sentyabr 2018

Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Gürcüstan biznes forum keçiriləcək.

 

Ucnoqta.azxəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) apa –economics-ə verilən məlumata görə, biznes forum noyabrın 5-də Gürcüstanın Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri Davit Baladzenin rəhbərliyi ilə biznes nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutacaq.

Biznes forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı keçiriləcək.

Biznes forumda tikinti və turizm sahələri təmsil edən Gürcüstan şirkətləri iştirak edəcəklər. Tədbir zamanı Acarıstanın biznes və investisiya imkanlarına dair təqdimat keçiriləcək və iş adamlarını maraqlandıran suallar cavablandırılacaq.

 

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları biznes forumda iştirak etməyə dəvət olunur.

 

Tarix
31 Oktyabr 2014 [17:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin