Ana səhifə
14 Noyabr 2018

Habil Əliyevi “Səni axtarıram”dan axtardılar

“Habil Əliyevin səhhəti xeyli düzəlib. Hətta bu günlərdə televiziya proqramlarının birində iştirak etməyə də qərar verib”

Ucnoqta.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında xalq artisti Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva deyib. O, bildirib ki, sənətkar xəstələndən bu günə kimi bir çox mühüm tədbirlərə dəvət alıb, amma səhhəti həmin tədbirdə iştirak etməyə imkan verməyib. Lakin kamança ustası son günlər özünü yaxşı hiss etdiyindən Xoşqədəm Hidayətqızının təklifini qəbul edib: “Dünən ATV kanalından Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişindən dəvət gəldi. Dedilər Habil müəllimi burda görmək istəyirik. Habil müəllim də razılıq verdi”.

Ş.Əliyeva onu da əlavə edib ki, hazırda H.Əliyein müalicəsi ev şəraitində davam edir və sənət yoldaşları, dostları bir an olsun onu tək buraxmır.

Qeyd edək ki, Xalq artisti Habil Əliyevin bir müddət bundan öncə vəziyyəti ağırlaşaraq Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

Tarix
31 Oktyabr 2014 [17:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin