Ana səhifə
25 Sentyabr 2018

Maskalı şəxs evə basqın edib 16 yaşlı qızı bıçaqladı

Sabirabad rayon sakini evə basqın edərək ailə üzvünə xəsarət yetirib və qızıl-zinət əşyalarını oğurlayıb.

 

Ucnoqta.azxəbər verir ki, Sabirabad rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Axıska kəndində yaşayan Şıxəliyev Zaur Heybəli oğlu polisə ərizə ilə müraciət edərək bildirib ki, onun evinə üzündə maska olan naməlum şəxs basqın edib. Ərizədə qeyd edilib ki, evə quldur basqını edən naməlum şəxs qızı - 1998-ci il təvəllüdlü Fidan Şıxəliyevanı bıçaqla hədələyərək xəsarət yetirib və daha sonra qızıl-zinət əşyalarını götürərək gedib. Sabirabad rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxsin Sabirabad rayonunun Surra kənd sakini, 1973-cü il təvəllüdlü Səmədov Namiq Səmid oğlu olduğu məlum olub. Quldur basqını etmiş şəxs yaxalanarkən ondan oğurluqda istifadə etdiyi alətlər - bıçaq , balta, maska, əlcək və yapışdırıcı, oğurlanmış qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb. Evdən oğurlanan 230 manat dəyərində qızıl əşyaları geri alınıb.

 

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Tarix
31 Oktyabr 2014 [17:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin