Ana səhifə
19 Sentyabr 2018

Qaz idarəsinin rəis müavininə 7 il iş verildi

Bu gün Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kürdəmir sakini Orxan Məmmədovun işi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, təqsirdilən şəxsə hökm oxunub. Məhkəmənin qərarı ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə keçən ilin dekabr ayında qeydə alınıb. Belə ki, Kürdəmir Qaz İstismar Sahəsinin rəis müavini Orxan Məmmədovun rayon sakinlərini aldadaraq ümumilikdə onlardan 1.760 manat məbləğində pul alması məlum olub. O, sakinlərə həmin müəssisəyə işə düzəldəcəyini vəd verməklə yanaşı, rayon ərazisindən keçən qaz borusunu metal tullantısı kimi rayon sakininə 2.000 manata satmaqda, həmçinin rayon sakinləri tərəfindən qazdan istifadə ilə bağlı ödənilən 1.430 manat məbləğində pul vəsaitini mənimsəməkdə təqsirkar bilinib. O.Məmmədov Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq), 178.2.3, 178.2.4, 179.2.2 (mənimsəmə), 179.2.3 və 179.2.4 -cü maddələri ilə ittiham olunub.

 

Tarix
31 Oktyabr 2014 [16:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin