Ana səhifə
18 Fevral 2018

Müsəlmanlar müdafiə edildi (VİDEO)

Amerikalı aktyor və rejissor Ben Afflek "Real Time with Bill Maher" teleşousunda aparıcını və qonaqları müsəlmanların ünvanına ifadələrinə görə tənqid edib. Musavat.com xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.

 

Şounun aparıcısı Bill Mayer İslamla bağlı diskussiya zamanı bu dinə inananları mafiya üzvləri ilə müqayisə edib: "Bu, yeganə dindir ki, mafiya kimi fəaliyyət göstərir. Əgər nəyisə düz deməsəniz, düzgün olmayan şəkil çəksəniz və ya düzgün olmayan kitab yazsanız, sizi öldürə bilərlər".

"Sizin dedikləriniz düz deyil. Bu, kobuddur, rasizmdir", - Afflek bıəyan edib.

"Milyarddan çox adam İslam fanatı deyil, qadınları cəzalandırmır. Onlar sadəcə olaraq məktəbə getmək, sendviç yemək, amma sizin sözlərinizə görə bütyün müsəlmanların etdiklərini etmək istəmirlər", - aktyor bildirib.

 

Musavat.com

Tarix
6 Oktyabr 2014 [15:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ