Ana səhifə
23 Sentyabr 2018

Macarıstan internetə vergi layihəsini geri götürdü

Macarıstan baş naziri Viktor Orban internet trafiki üçün verginin tətbiqini nəzərdə tutan qanun layihəsini geri götürüb.

 

Ucnoqta.azxəbər verir ki, V.Orban “MR1” radiostansiyasının efirində deyib ki, “Vergi qanun layihəsinə yenidən baxılmalıdır. O, hazırkı şəkildə qəbul edilə bilməz”.

Qeyd edək ki, oktyabrın 26-da Budapeştdə Macarıstanın 10 mindən çox sakini internet trafiki üçün verginin tətbiqinə qarşı kütləvi etiraz aksiyalarında iştirak edib.

Etiraz aksiyaları ölkənin digər şəhərlərində də keçirilib. Ümumilikdə Macarıstanda etirazlarda 100 mindən çox insan iştirak edib.

Macarıstan hökuməti 1 qiqabayt trafik üçün 150 forintin (0,50 avro) məbləğində verginin tutulmasını təklif edib. Bununla yanaşı, fərdi şəxslər üçün vergi ayda 700 forintin ilə məhdudlaşdırılıb. İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, bu, ölkə büdcəsinə 65 milyon avroya yaxın vəsait gətirməli idi.

Hökumət verginin tətbiqini onunla izah edirdi ki, internetlə zənglər edilən zaman insanlar telefon hesabları üzrə ödənişi və bu sahədəki vergi axınını azaldırlar. Öz növbəsində qanun layihəsinin tənqidçiləri hesab edirlər ki, layihə müxalifətin internetdə fəallığının azaldılması məqsədi daşıyır. Qeyd edək ki, Avropa ölkələrində internet trafiki üçün vergi nəzərdə tutulmayıb,

 

 

(Minicom.gov.az)

Tarix
31 Oktyabr 2014 [16:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin