Bu avtomobillərlə bağlı cərimələr də artır – 5 min manat

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə cəzalar sərtləşdirilir. Ucnoqta.az report-a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulub. Məcəllənin 163-1.1-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə icazə verilən qabarit parametrlərinə dair tələblərin pozulmasına görə fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər 400 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1200 manatdan 1400 manatadək miqdarda cərimə ediləcəklər.
Eyni zamanda, 163-1.2-ci maddayə təklif olunan dəyişikliyə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 600 manat miqdarında cərimə edilir. Həmçinin, 163-1.3-cü maddəyə edilməsi nəzərdə tutulan dəyişikliyə görə, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə vəzifəli şəxslər 1400 manatdan 1700 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək miqdarda cərimə olunacaqlar.
Məcəllənin 163-1.1-ci maddəsində nəzərdə tutulan xətanın il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə, fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 600 manatdan 800 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək miqdarda cərimə ediləcək.
163-1.2 maddədə nəzərdə tutulan xətanın il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə, nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırmaqla 1200 manat miqdarda cərimə ediləcək.
163-1.3 maddədə nəzərdə tutulan xətanın il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək miqdarda cərimə ediləcəklər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında müzakirə olunacaq.

Tarix
30 Yanvar [23:58]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

"Opel" şirkəti satıldı

Fransanın "PSA Group" şirkəti "Opel"i "General Motors"dan 2.2 milyard avroya satın aldı

Nəqliyyatın icbari sığortasını onlayn etmək imkanı

Sığortanın qüvvəyə minmə tarixi sistem tərəfindən avtomatik təyin edilir

"General Motors" 1000-dən çox iş yerini ixtisar edəcək

Yanvar ayında artıq 2 min iş yeri azaldılıb

Trampa güllə keçirməyən xüsusi avtomobil ayrıldı - FOTO

8 ton ağırlığındakı "The Beast"ın polad qapılarının qalınlığı 20,3 santimetrdir

Dubayda bu ölkənin ilk "uçan avtomobil"i nümayiş etdirilib - VİDEO

Yeni avtomobil sərnişinləri yaxın məsafəyə daşımaq üçün nəzərdə tutulub

Unikal "Lamborghini" traktoru hərraca çıxarılacaq - FOTO

Traktorun ilkin satış qiyməti təqribən 26 min avrodan başlayacaq

"Ferrari" Formula 1-in səhmlərini satın almaq istəyir

Liberty Media səhmlərin bir hissəsini 400 milyon dollar qarşılığında satmağı planlaşdırır

"Uber" "pilotsuz taksi"nin yaradılmasına dair müqavilə bağlayıb

Pilotsuz avtomobillər xidmətin işini irəli aparacaq

Azərbaycanlılar təzə və bahalı, ermənilər isə köhnə maşınlar alırlar - REPORTAJ

Gürcüstanda avtomobillərin rəsmiləşdirilməsi elə bazarın daxilindəki idarədə həyata keçirilir

"Volkswagen" satış həcminə görə dünya lideri olub

Almaniya konserni əvvəlki lider Toyotanı qabaqlayıb
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.