Ana səhifə
23 Sentyabr 2018

Bakılı KVN-çidən yarım milyard dollarlıq heroin tutuldu - Şok

KVN Bakı komandasının keçmiş üzvünün villasından rekord həcmdə-yarım milyard dollarlıq heron ələ keçirilib.

 

Ucnoqta.az xəbər verir ki, bu sensasion məlumatı az əvvəl Rusiyanın Narkotiklərə Nəzarət Federal Xidmətinin rəhbəri, general Viktor İvanov keçirdiyi mətbuat konfransında açıqlayıb.

Generalın bildirdiyinə görə əməliyyat Moskvanın Domodedovo rayonunda, Kolıçev kəndində keçirilib.

“Kifayət qədər məşhur olan bir şəxsin, Bakının KVN komandasının keçmiş üzvü İldar Nurmimanovun daçasından böyük həcmdə-174 kiloqram təmiz heroin tapılıb. Bütün SSRİ-nin mövcudluğu ərzində heç vax bu həcmdə heroin tapılmamışdı” - Viktor İvanov bildirib.

Onun sözlərinə görə, heron mühafizə budkasında gizlədilmişdi. Ələ keçirilən heroinin qiyməti 500 milyon dollara yaxındır. “Heroin Rusiyaya TIR-larda gətirilib və banan yeşiklərində gizlədilib” general bildirib. Virtualaz.org saytı bu şok xəbərlə bağlı təfərrüatları öyrənməyə çalışır.(Virtualaz.org)

 

Tarix
31 Oktyabr 2014 [14:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin