«NAZ-Lifan» 6 modelin istehsalına başladı

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında məmurlara yerli istahsal malları ilə bağlı xəbərdarlığından sonra “NAZ-Lifan” markalı maşınlara təlabat artıb. Ucnoqta.az Azərtac-a istinadən xəbər verir ki, eyni zamanda Naxçıvan Avtomobil Zavodu texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla 6 modeldə “NAZ-Lifan” markalı minik avtomobili istehsal edir.

Hazırda texniki göstəriciləri və komfort baxımından daha yüksək olan “NAZ-Lifan X-50”, “NAZ-Lifan-820” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb ki, bu avtomobillər də yaxın vaxtlarda alıcılara təqdim ediləcək.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyətdədir. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilib. İlk vaxtlar müəssisədə “NAZ-Lifan” markası ilə istehsal edilən avtomobillər baqaj hissəsi salonda olan “320” (xetçbek) və baqaj bölməsi salondan kənarda yerləşən “620” (sedan) modellərindən ibarət olub. 2011-ci ildə yeni “NAZ-Lifan X-60” modelinin istehsalı üçün konveyer xəttində müəyyən dəyişikliklər aparılıb, 2012-ci ilin yanvar ayından etibarən isə bu modelin kütləvi istehsalına başlanılıb. Həmçinin müəssisəyə təcrübə-sınaq məqsədilə 2012-ci ilin sonunda kiçik partiyada 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub. Artıq “NAZ-Lifan” markalı “LF-6401” (6 nəfərlik mikroavtobus), “LF-5028” (800 kiloqram yükgötürən furqonlu avtomobil) və “LF-1022” modelləri (800 kiloqram yükgötürən bortlu avtomobil) satışa çıxarılıb. Məqsəd bazarı öyrənmək və gələcəkdə tələbat olarsa, kütləvi istehsala başlamaqdır.

Tarix
28 Yanvar [16:13]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Maşın bazarında alqı-satqı əməliyyatları azaldı - QİYMƏTLƏR ARTIB

"İdxal olunan yeni avtomobillərin qiyməti artacaq"

Yeni “Ford Trucks” seriyası ilə “Hər yükdə birlikdə” – FOTOLAR

“Ford Trucks”un yeni istehsal etdiyi yük avtomobili Bakıda təqdim edildi

Gömrük sərhədindən keçirilən avtomobillərlə bağlı yeni qayda qüvvəyə minib

Avtonəqliyyat vasitəsi gömrük orqanının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanılır

“Avtovağzal”a gedənlərə şad xəbər

Bu avtomobillərlə bağlı cərimələr də artır – 5 min manat

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulub

«NAZ-Lifan» 6 modelin istehsalına başladı

Bu avtomobillər də yaxın vaxtlarda alıcılara təqdim ediləcək

Bakcell şirkəti ilk “ağıllı avtomobil”i təqdim etdi

2015-12-03 18:10:13

Avtobuslarda izləmə avadanlığı quraşdırılır

Sürücülük qabiliyyətinə nəzarət sistemi yolda baş vermiş pozuntularhaqqında məlumatı toplayır

Azərbaycan maşın idxalını 50 faizdən çox azaltdı

Bu ilin 9 ayı ərzində 22 915 ədəd avtomobil idxal edilib

Yeni yol sürücülərin ixtiyarına verildi - FOTO

Həsən Əliyev küçəsində yeni yol hissəsi salınıb
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.