Ana səhifə
21 Noyabr 2018

Polis avtoşluğa görə işdən qovuldu - Azərbaycanda

Azərbaycanda polis əməkdaşı avtoxuliqanlıq etdiyinə görə işdən qovulub. "Ucnoqta.az" xəbər verir ki, bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib. 
 

 

Məlumata görə, Çevik Polis Alayının əməkdaşı, polis çavuşu Fərhadov Peyman Fərhad oğlu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında “VAZ 2107” markalı, dövlət nömrə nişanı olmayan avtomobili yolun əks istiqamətinə çıxmaqla sürüb. O, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının “saxla” əmrinə də tabe olmayıb.

 P.Fərhadovun idarə etdiyi avtomobilin təkəri çıxdıqdan sonra onun polis əməkdaşı olduğu məlum olub. P.Fərhadov vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 296-1.1-ci (Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə) maddəsi ilə iş qaldırılıb.(Qafqazinfo.az)

 

Tarix
31 Oktyabr 2014 [14:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin