Ana səhifə
26 May 2018

"Bandotdel"dən daha bir əməliyyat: Silahlı şəxslər ələ keçdi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xocəsən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fuad Əsədullayevdən 0,35 qram marixuana götürülüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, F.Əsədullayevin evinə baxış zamanı isə  5 kiloqram 460 qram marixuana və xaricdə istehsal olunmuş “Parad-117” markalı tapança da aşkar edilərək götürülüb.

 

Bundan başqa Bakı şəhər sakini Arzun Şükürov Yasamal Rayon Polis İdarəsinin 26-cı PB-yə müraciət edərək həmin gün ona məxsus mağazaya gəlmiş paytaxt sakini Rauf Kərimova spirtli içki satmaması ilə əlaqədar sonuncu tərəfindən tapança ilə hədələnməsini bildirib. 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Kərimov saxlanılıb. Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança götürülmüş, habelə onun sərxoş halda olması müəyyən edilib. Lent.az

Tarix
6 Oktyabr 2014 [15:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin