Ana səhifə
26 Sentyabr 2018

Deputatdan SSRİ-nin eks baş nazirinə etiraz: «O hələ SSRİ-də qalıb»

Fuad Muradov: «Rıjkovun dediyi fikirləri Sovet İttifaqının məhsulu kimi qəbul edirəm»

 

 

“Nikolay Rıjkov kimi adamlar hələ SSRİ rəhbərliyində vəzifədə olarkən həyata keçirdikləri əməllərə görə cavab verməlidirlər. Elə Rıjkov kimilərinin qəbul etdikləri siyasi qəraralara görə  keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda çox  insanlar əzab çəkməli olub”. Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı, Avronest Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov  SSRİ-nin keçmiş baş naziri, Rusiya Dövlət Dumasının erməni-Rusiya parlamentlərarası komissiyanın həmsədri Nikolay Rıjkovun İrəvanda Dağlıq Qarabağın Avrasiya Birliyinə daxil olmasının mümkünlüyü ilə bağlı səsləndirdiyi fikri şərh edərkən deyib. “Nikolay Rıjkov hələ elə fikirləşir ki, SSRİ-də yaşayır. Mən onun dediyi sözləri, fikirləri Sovet İttifaqının məhsulu kimi qəbul edirəm. Ona görə bu insanın bu fikirlərini ciddiyə almaq lazım deyil”-deyə deputat vurğulayıb.

F.Muradovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda  həmsədr olan ölkənin rəsmi nümayəndəsinin belə bir mövqeyi təəssüf doğurur.  “Rıjkov anlamlıdır ki, Dağlıq Qarabağ tarixən Azərbaycan ərazisi olub və belə də olacaq. Dağlıq Qarabağın heç vaxt hər hansı  ittifaqa müstəqil olaraq qoşulması mümkün olmayacaq. Azərbaycan isə işğalçı dövlətlə bir ittifaqda ola bilməz”.

Qeyd edək ki, Ermənistanda olan N.Rıjkov İrəvanda keçirdiyi brifinqdə “biz Dağlıq Qarabağı Avrasiya Birliyi tərkibində görməyə şad olardıq” fikrini səslənidirib.

 

Elməddin

Tarix
31 Oktyabr 2014 [14:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin