Ana səhifə
23 Sentyabr 2018

Daha bir qəzetin adının MŞ-nin «qara siyahı»sına salınması tövsiyə olundu

Bu gün Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası növbəti iclasını keçirib. Komissiyanın sədri, «İki sahil» qəzetin baş redaktoru Vüqar Rəhimzadə iclası açaraq müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib. Belə məsələlərin 21 olduğunu bildirən V.Rəhimzadə bunlardan altısının Şuranın Şikayətlər üzrə Komissiyası, digərlərinin isə MŞ Katibliyi tərəfindən təqdim edildiyini deyib.
Öncə Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının son iclasının rəyləri müzakirə olunub. Qeyd edilib ki, «Xalq tribunası» qəzetinin fəaliyyətində etik prinsiplərə sayqısızlıq, şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun ləkələnməsinə yönələn məqamlar üstünlük təşkil etməkdədir. Buna görə də həmin kütləvi informasiya vasitəsinin adının Şuranın «qara siyahı» sına salınması üçün İdarə Heyətinə müvafiq rəyin təqdimatı məntiqi sayılıb.
Komissiya  qəzet barədə ilkin müzakirədən sonra Mətbuat Şurasına Abşeron Dövlət Arxiv İdarəsindən ünvanlanan şikayətdə ifadəsini tapan məqamların da buna əsas verdiyi qənaətinə gəlib.
İclasda Şikayətlər üzrə Komissiyanın pia.az, azfakt.az, azerinfo.org, reportyor.tv saytları barədə rəyinə də münasibət bildirib. Məsələ ilə bağlı bir sıra nüansların araşdırılma mərhələsində olduğu göstərilib. Komissiya bunu əsas götürərək  məsələyə araşdırma başa çatdıqdan sonra yenidən qayıtmağı məqbul sayıb.
Komissiya digər şikayətlər barədə də müvafiq rəylər çıxarıb.  

 

Tarix
27 Yanvar 2016 [16:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin