Ana səhifə
22 Noyabr 2018

OPEK neftin qiyməti ilə bağlı panikaya əsas görmür

Vahid Əhmədov: “Neftin qiymətindəki ani dəyişikliyin səbəbi rusiyadır”

 

 

OPEK dünya bazarında neftin qiyməti ilə bağlı yaranan gərginliyə qarşı sərgilədiyi səssizliyi nəhayət ki pozdu. Qurumun başçısı Abdullah Əl-Bədri, neft qiymətlərində yaşanan eniş səbəbi ilə çaxnaşmaya gərək olmadığını söyləyib.

Londonda düzənlənən konfransda danışan Əl-Bədri, neftin bir barrelinin qiymətinin 85 dollar ətrafında dəyişməsinin şist nefti də daxil olmaqla xərci daha yüksək olan neft istehsallarını azaldacağını və istehsal xərcləri aşağı olan OPEK üzvlərinin bu vəziyyətdən faydalanacağını bildirib.

Qeyd edək ki, bir müddət öncə OPEK-in ən iri hasilatçıları artıq bəyan edib ki, bir-iki il ərzində bir barrel üçün 80 dollara dözə bilərlər. Hətta iddia edilir ki, Rusiya və İrana təsir üçün ABŞ-la Səudiyyə Ərəbistanı neftin bir barrelinin qiymətini 50-60 dollara qədər endirəcək. Bu siyasətdə Qərbin və OPEK-in birgə hərəkət etdiyi bildirilir. Bununla da rus iqtisadiyyatının yaxın günlərdə bərbad vəziyyətə düşəcə biləcəyi proqnozlaşdırılır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov neftin dünya bazarındakı qiymətinin enməsində Rusiya faktorunu əsas sayır: "Son hadisələr göstərir ki, neftin qiymətindəki bu ani dəyişikliyin səbəbi Rusiyaya tətbiq olunan embarqo, sanksiyalarla əlaqədardır. Rusiyanın dövlət büdcəsi birbaşa neftdən asılı olduğundan, Ukrayna hadisələri ilə bağlı olaraq müəyyən sanksiyalar tətbiq olunur. Məqsəd Rusiyanı iqtisadi baxımdan zəiflətmək, yaranan siyasi problemləri aradan qaldırmaqdır. Proseslər isə istər-istəməz, dünya neft bazarına təsir edir".

Ekspertlərin sözlərinə görə, Rusiya kimi bir ölkənin iqtisadiyyatının çökməsi Avropanın iqtisadiyyatına da ciddi təsir edə bilər. Avropa neft istehlakçısı olduğu üçün neftin qiymətinin düşməsi onun iqtisadiyyatına köməkdir. Amma Rusiyada fərqli vəziyyət yaranır. Onun iqtisadiyyatında neft və qaz  önəmli rol oynayır. Bu baxımdan Rusiyanın narahatlığı başa düşüləndir.

Onun sözlərinə görə, neftin qiymətinin dəyişməsində 3 ölkənin maraqları fərqlənir. İstehlakçı, istehsalçı və tranzit ölkə. Hər bir ölkənin öz maraqları olur. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatı müstəvisində ölkələrin bir- biri ilə sıx münasibətləri mövcuddur. Bu baxımdan dünyada Rusiya kimi bir ölkənin iqtisadiyyatının çökməsi Avropanın iqtisadiyyatına da ciddi təsir edə bilər. Amma hal-hazırda bu münasibətlər daha incə şəkildə inkişaf edir. Neftin qiyməti qalxanda istehsalçı ölkələr istehlakçı ölkələrin çökməməsində maraqlı olurlar. Əksinə neft ucuzlaşanda da istehsalçı ölkələrin də çökməməsi diqqətdə saxlanılır. Artıq bütün dünya qəbul edir ki, iqtisadiyyat qloballaşıb. Bu mövzuda verilən bəyanatlar daha çox siyasi bəyanatlardır”.

Bəzi ekspertlər isə hesab edirlər ki, baş verən istər fundamental, istərsə də geosiyasi proseslər neftin ucuzlaşmasını şərtləndirən amillərdir. Belə ki,  əvvəllər bir qayda olaraq OPEK bazarda əsas oyunçu idi. Onlar qiyməti diqtə edirdilər. Əsas istehlakçı ölkələr isə ABŞ və Çin idi. Dünya ölkələri üzrə neft istehlakının ¼-i ABŞ-ın payına düşürdü. Ona görə yaranan istənilən situasiyadan əsas zərbə Amerikaya dəyirdi. İndi isə o baş verir ki, ABŞ gələcək nəsl üçün saxladığı neft ehtiyatlarının istismarı ilə bağlı qadağanı götürdü. Bu gün dünyanın əsas neft idxalçısı olan ABŞ  öz daxili tələbatını özü təmin edir. Növbəti ildən başlayaraq artıq o ixrac etməyə başlayacaq. Göründüyü kimi artıq ABŞ bütün təşəbbüsü ələ alıb.

 

Əfsun

 

Tarix
31 Oktyabr 2014 [14:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin