Ana səhifə
21 Noyabr 2018

Azərbaycanlılar “MasterCard”a qarşı aksiyaya başlayıb

ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatı “ABŞ Azərbaycanlıları Şəbəkəsi” (USAN) “MasterCard” beynəlxalq ödəniş sisteminin rəsmi səhifəsində Azərbaycanın işğal altında olan torpaqlarının Ermənistan ərazisi kimi təqdim olunmasına qarşı hər bir kəsi etirazını bildirməyə çağırıb.


 

Ucnoqta.az apa-economics-ə istinadla xəbər verir ki, bu barədə təşkilatın rəsmi səhifəsində yayılan müraciətdə bildirilir.

USAN hər bir kəsi bu məsələyə biganə qalmayaraq, şirkətin səhifəsində etiraz məktubu yazmağı çağırıb.

Müraciətdə qeyd olunur ki, “MasterCard”a 100 etiraz məktubu daxil olduğu halda, şirkət  bu məsələyə diqqət ayırmalı olacaq.

Xatırladaq ki, “MasterCard” öz rəsmi saytında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisini Ermənistanın tərkib hissəsi kimi göstərib.

“MasterCard”ın saytında “Ermənistan” bölməsində “ATM Locator” (ATM-lərin yerləşməsi) üzrə axtarış verərkən şəhərlər arasında “Stepanakert” (Xankəndi), “Shushi” (Şuşa) və s. rast gəlmək olar.

Qeyd olunan ərazilərdə “MasterCard”ın xidmətlərindən istifadə etmək mümkündür.

Tarix
31 Oktyabr 2014 [14:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin