Ana səhifə
18 Noyabr 2018

Türkiyədə daha bir iyrənc əməl (TƏFƏRRÜAT)

Türkiyənin Ərzurum vilayətində görünməmiş biabırçılıq baş verib. 

Ucnoqta.az xəbər verir ki, baqqal dükanında 9 yaşlı əlil oğlan uşağı zorlanıb.

Hadisə baqqal dükanında qeydə alınıb. Dükanın sahibi 56 yaşlı Qurbəddin Y. 9 yaşlı oğlan uşağını günün günorta çağında mağazada zorlayıb. Hadisə baş verən vaxt dükana bir qadın gəlib.

Hadisəni gözü ilə görən qadın polis çağırıb. O, ifadəsində bildirib ki, gördüklərini heç vaxt unutmayacaq.

“Həmin oğlanı tanıyıram. Qonşumuzdur. Ruhi xəstədir. İçəri girəndə, rəflərin arxasında üzü üstə uzanmışdı. Qurbəddin Y. də onun üstündə idi. Məni görən kimi qalxdı. 2-3 dəqiqə sonra onun arvadı gəldi. Mən olmasaydım, eyni mənzərəni o görəcəkdi. Mənim də görmə qabiliyyəti olmayan oğlum var. Onun da başına gələ bilərdi. Görənləri heç zaman unutmayacağam”, - deyə şikayətçi qadın bildirib.

Məhkəmədə çıxış edən Qurbəddin Y. ittihamları qəbul etməyib. O bildirib ki, deyilənlərin hamısı böhtandır.

“Dükanım yolun kənarındadır. Həm də mağaza dörd yandan şüşədir. Mən axmağam ki, elə iş görüm? Uşaq darıxdığı üçün mağazama çağırmışdım”, - deyə baqqal özünə bəraət qazanmağa çalışıb.

Araşdırmalar zamanı uşağın həqiqətən də zorlandığı məlum olub.

Məhkəmədə onun üçün 16 il həbs cəzası istənilib. Məhkəmə bir aylıq ertələnib.

Faktla bağlı istintaq davam edir(ANS PRESS)

Tarix
31 Oktyabr 2014 [18:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin