Ana səhifə
18 Dekabr 2018

Təhsil Nazirliyindən dərslikdəki səhvlə bağlı- Açıqlama

Təhsil Nazirliyi 5-ci sinif dərsliyindəki səhvlə bağlı mediada yayılan məlumata münasibət bildirib. Ucnoqta.az” xəbər verir ki, Qafqazinfo-nun sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, bir sıra informasiya agentliklərinin saytlarında ümumtəhsil məktəblərinin V sinif rus bölməsinin “Azərbaycan dili” (Bakı-2014) dərsliyindəki “Şirvanşahlar sarayı” (I hissə, səh.28) mətnində həmin mətnə aid olmayan bir cümlənin (“Metronun “İçərişəhər” stansiyası Şirvanşahlar sarayının yanındadır”) verilməsini yanlışlıq kimi dəyərləndirilib. 
 

 

Bununla əlaqədar bildiririk ki, yeni kurikulumun  alt-standartlarına görə, şagirddən verilmiş mətnin cümlələri və abzasları arasında əlaqəni tapmaq tələb olunur. Bu standart şagirddə axtarıcılıq qabiliyyətini artırmağa xidmət edir. Həmin standarta görə, bu mətndə də cümlələr arasında məntiqi ardıcıllığın tapılması məqsədilə bir “artıq cümlə” daxil edilib. 

Mətnə aid 29-cu səhifədə verilən 3 nömrəli çalışmada (Bax: “3.Mətnin ikinci abzasında olan cümlələrdən birinin mətnlə əlaqəsi yoxdur. Həmin cümləni tapın və oxuyun”) bu “artıq cümləni” tapmaq şagirddən tələb edilir. 

Beləliklə, “Şirvanşahlar sarayı” (I hissə, səh.28) mətnində verilən “artıq cümlə”  V sinif üzrə təhsil standartlarının tələbindən irəli gəlmişdir. Bu mətndə heç bir elmi – metodik yanlışlıq yoxdur.

 

Tarix
31 Oktyabr 2014 [13:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin