Ana səhifə
17 Noyabr 2018

Avropada 33-cü yerdəyik

Noyabrın 19-da keçiriləcək növbəti mövsümün seçmə mərhələsinin püşkü ərəfəsində UEFA yığmaların reytinqini açıqlayıb.

 

 

Ucnoqta.az xəbər verir ki, apasport.az saytının məlumatına görə, 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropanın 33-cü komandasıdı. 2011/12, 2012/13 və 2013/14 mövsümlərinin nəticələrinə əsasən hesablanan cədvəldə yığmamızın əmsalı 1,000-a bərabərdi. Bu göstərici ilə millimiz 47 komanda arasında 33-cü yerdədi.

 

Qitə birinciliyinə 47 komandanın qatılması isə yeni rekorddu. Bu yığmalar İsveçrənin Nyon şəhərindəki püşkatmada 11 qrupa bölünəcək. Fransa və Almaniya yüksək reytinqinə, Belarus isə meydan sahibi kimi bu mərhələdən azaddı.

 

Digər komandalar 3 səbətə bölünüb. Noyabrın 19-da Bakı vaxtı ilə 11:40-da başlayacaq tədbirdə millimiz C səbətində olacaq.

 

A səbəti

İspaniya, İsveç, Norveç, Danimarka, İsveçrə, Avstriya, Belçika, Polşa, İtaliya, İrlandiya, İslandiya

 

B səbəti

Çexiya, Rusiya, Hollandiya, İngiltərə, Finlandiya, Şotlandiya, Macarıstan, Serbiya, Türkiyə, Şimali İrlandiya, Xorvatiya

 

C səbəti

Rumıniya, Bosniya və Herseqovina, Sloveniya, Uels, Portuqaliya, Bolqarıstan, Ukrayna, AZƏRBAYCAN, Monteneqro, Slovakiya, Xorvatiya, Moldova, Latviya, İsrail, Farer adaları, Estoniya, Litva, Makedoniya, Qazaxıstan, Gütcüstan, Andorra, Ermənistan

 

Tarix
31 Oktyabr 2014 [20:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin