Ana səhifə
19 Sentyabr 2018

İşdən qovulan polis əməkdaşı həbs edildi

Azərbaycanda deputatlığa keçmiş namizəd həbs edilib.

 

Ucnoqta.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından  APA-ya verilən məlumata görə, Osmanov Mehralı Məhəmməd oğlu Cinayət Məcəlləsinin 237.2.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə - bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.

 

M. Osmanov Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, M. Osmanov uzun illər polis orqanlarında çalışıb. Bir müddət əvvəl isə xidmətdə yol verdiyi nöqsanlara görə işdən qovulub.

 

M. Osmanov 2010-cu ildə keçirilən Parlament Seçkilərində 109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd olub.

 

Tarix
31 Oktyabr 2014 [13:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin