Ana səhifə
17 Noyabr 2018

Azərbaycanda uçqun baş verib

Azərbaycanın Quba rayonunda, Quba-Xınalıq yolunun 36-38 km-də uçqun baş verib.

 

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, hadisə son yağıntıların təsirindən mövcud uçqun sahələrinin aktivləşməsi nəticəsində baş verib. Ümumiyyətlə, bu yola yağıntıların çox düşməsi uçqun təhlükəsini artırır.

S.Əmiraslanov deyib ki, son günlər əsasən cənub bölgəsindəki sürüşmə sahələrində - Lənkəran-Lerik yolunun 17, 19, 49 və 53-cü km-də və Lənkəranın bir neçə kəndində qismən aktivləşmə baş verib: “Sürüşmə əvvəl mövcud olan sahələrdə qeydə alınıb. Atmosfer yağıntılarının ərazilərə nüfuz etməsi ilə yamaclara düşən müəyyən ağırlıq qüvvəsi nəticəsində sürüşmə sahələrində aktivlik baş verıb”.

Onun sözlərinə görə, gözlənilən yağıntılar bəzi ərazilərdə sürüşmə ehtimalını artırır. Yağıntlılarla əlaqədar ilk növbədə respublikanın dağlıq ərazilərdən keçən və sürüşməyə məruz qalmış yollarda sürüşmə sahələrinin aktivləşməsi müşahidə edilə bilər.

 

Tarix
31 Oktyabr 2014 [13:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin