Ana səhifə
20 Noyabr 2018

Gənc Tamaşaçılar Teatrının aktyoru dünyaşöhrətli rejissorun yubileyində iştirak edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq Artisti Tariyel Qasımov Özbəkistan Dövlət Mükafatı laureatı, SSR Xalq Artisti, kinorejissor Şöhrət Abbasovun 85 illik yubiley mərasimində iştirak edib. 
Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, aktyorumuz yanvar ayının 18-də Moskva şəhərində Mərkəzi Kino evinin böyük zalında baş tutmuş yubiley mərasimində xüsusi qonaq qismində iştirak edib. Kinorejissorun özbək şairi Niyazi Həmzəyə həsr etdiyi 17 seriyalı “Odlu yollarla” tarixi televiziya filmində çəkilən Tariyel Qasımov çıxışında film haqqında təəssüratlarını bölüşərək kinorejissora yeni yaşında daha böyük yaradıcılıq uğurları arzu edib. 
Mərasimdə yubilyarın dostları, teatr və kino aktyorları, RF-in Xalq Artistləri İ.Kobzon, A.Konçalovski, V.Talızina, Q.Volçek, L.Prıqunov, Ş.İrqaşev, A.Xamrayev, İ.İşmuhammedova, Əməkdar Artistlər N.Varley, N.Arinbasarova, müğənni Aziza, N.Nurmuhammedova, Üç-kuduk musiqi qrupu və başqaları çıxışlar ediblər. 
Məlumat üçün bildirək ki, yubiley mərasimi Rusiya Federasiyası Kinomatoqrafçılar İttifaqı, Kinomatoqrafçılar İttifaqının kino aktyorları gildiyası, İttifaqın Beynəlxalq şöbəsinin təşkilatçılığı ilə həyata keçirilib. 

 


                                                                                

Tarix
21 Yanvar 2016 [17:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin