Ana səhifə
20 Sentyabr 2018

Sürücülük vəsiqələri dəyişəcək: imtahan vermədən...

2015-ci ilin iyun ayından etibarən Türkiyədə 24 milyon nəfərin sürücülük vəsiqəsi dəyişəcək.

 

Ucnoqta.azxəbər verir ki, bu barədə "Trend" "Hurriyet" qəzetinə istinadən xəbər verir.

Məlumata əsasən, dəyişiklik sürücülük vəsiqələrinin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə ediləcək.

Bundan sonra hər 10 ildən bir sürücülük vəsiqələri dəyişəcək. Vəsiqələrin dəyişdirilməsi üçün yenidən imtahan vermək zərurəti olmayacaq.

Dəyişikliyə əsasən, bundan sonra Türkiyədə kateqoriyaların sayı 9-dan 17-dək artırılacaq və A1, A2, A, B1, B, BE, C1, C1E, C, CE, D1, D1E, DE, M, F, G və K katerqoriyaları mövcud olacaq.

Yeni dəyişikliklərə əsasən, avtomobili avtomatik sürət qutusu ilə idarə edən sürücülərə xüsusi “K” kateqoriyalı sürücülük vəsiqələri veriləcək.

 

Tarix
31 Oktyabr 2014 [12:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin