Ana səhifə
26 Sentyabr 2018

Şeyx prezidenti Bakıya dəvət etdi - FOTOLAR

Oktyabrın 30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasının paytaxtı Nalçikə etdiyi səfəri çərçivəsində Respublika Prezidenti Yuri Kokov ilə görüşüb.

 

 

Ucnoqta.az” Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytına istinadən xəbər verir ki, Şeyxin Nalçikə səfərinin məqsədi Kabarda-Balkar Respublikasının Ruhani İdarəsinin Qafqaz Müsəlmanları İdarəsinin himayəsi ilə “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda keçirdiyi Beynəlxalq elmi konfransda iştirak etməkdi.

 

Şeyxülislam başçılıq etdiyi nümayəndə heyətini Nalçik hava limanında Kabarda-Balkar Müsəlmanları Ruhani İdarəsinin sədri Həzrətəli Dzasejev qarşılayıb. Sonra Kabarda-Balkar Respublikasının Prezidenti Yuri Kokov ilə Prezident Sarayında görüş baş tutdu. Prezident Yuri Kokov Şeyxülislamı salamlayıb ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və bundan sonra da inkişaf edəcəyinə əminliyini söyləyib. O, Şeyxülislama Nalçikdə keçirilən Beynəlxalq elmi konfransda iştirakına görə öz minnətdarlığını bildirib.

 

Şeyxülislam həzrətləri öz növbəsində səmimi qarşılanmaya görə Prezident Yuri Kokova öz minnətdarlığını bildirdi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının salamlarını çatdırdı. QMİ sədri qeyd etdi ki, Azərbaycanla Kabarda-Balkar qardaş respublikalardır və onlar arasında qarşılıqlı münasibətlərin inkişafı hər iki tərəfin istəyidir. Şeyxülislam Allahşükür Paşazadə həzrətləri onu da vurğuladı ki, dünyada və İslam aləmində baş verən problemlər bizim birgə problemlərimizdir və biz onları birlikdə həll etməliyik.

 

Şeyxülislam Kabarda-Balkar Respublikasının başçısını Azərbaycana dəvət edib.

 

Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

 

 

Beynəlxalq konfransın gündəmində olan müzakirə mövzuları dünyada baş verən müharibələr, din adından sui-istifadələr, radikallıq və ekstremizm tendensiyası və bu problemlərdən çıxış yollarına həsr edilmişdir. Konfransın işində dünya miqyasında tanınmış müsəlman din alimləri, nüfuzlu ictimai xadimlər iştirak edib.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq konfransda məruzə ilə çıxış edib.

 

Qeyd edək ki, səfərdə Şeyxülislam həzrətlərini QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov və digərləri müşayət ediblər.

Tarix
31 Oktyabr 2014 [12:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin