Ana səhifə
23 Sentyabr 2018

Gəlinlə bəy küçədə dalaşıb ayrıldılar (FOTO)

Ucnoqta.azxəbər verir ki, Çində toya hazırlaşan gəlinin bir addımı ayrılığa səbəb olub. Belə ki, cütlük toydan öncə foto çəkdirmək istəyib. Bunun üçün onlar geyim alıb, salonda hazırlığa başlayıblar. Lakin salondan çıxandan sonra bəy qarşısında gözəl və gənc qız yerinə 70 yaşlı gəlin görüb. 

Sən demə gəlin yaşlı qadın qrimi edərək nişanlısının reaksiyasını yoxlamağa çalışıb. Cütlük elə küçənin ortasında dalaşmağa başlayıb. 

Qadın bu yolla nişanlısının onu 70 yaşında belə sevib-sevməyəcəyini öyrənmək istəyib. 
Şokda olan bəy dərhal makiyajın təmizlənməsini tələb edib. Amma qadın bunu etmək istəməyib. Şahidlərin sözlərinə görə, insanların gözü qarşısında dalaşan cütlük heç cür ortaq məxrəcə gələ bilməyiblər. 

Nişanlısını razı sala bilməyəcəyini görən bəy eynəyini yerə ataraq sındırıb və gəlini küçədə tərk edərək gedib. Planlaşdırdığı oyun istədiyi kimi getməyən gəlin isə küçədə oturaraq ağlama başlayıb. O, sevgilisinin çox şorgöz olduğunu, bir necə qadınla eyni anda görüşdüyünü və onun sevgisindən əmin olmaq üçün belə etdiyini deyib. (ANS PRESS)

Tarix
31 Oktyabr 2014 [12:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin