Ana səhifə
24 Sentyabr 2018

Nazirlik: YUĞ Teatrının binası söküləcək

Mədəniyyət və Turizm Nazirliyi YUĞ Dövlət Teatrının binasının söküləcəyini təsdiqləyib. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir və aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının (M.Muxtarovküçəsi,83) binasının da sökülməsi nəzərdə tutulub: "Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrın kollektivinin müvəqqəti olaraq yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçirilir. Teatrın müvəqqəti fəaliyyət göstərməsi üçün ünvan məlum olduqdan sonra teatrsevərlərə bu barədə məlumat veriləcək".

Nazirlikdən bildirilib ki, “Yuğ” Teatrı üçün yeni binanın tikintisi məsələsi də gündəmdədir.

Tarix
14 Yanvar 2016 [14:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin