Ana səhifə
16 Oktyabr 2018

“Gəlinliklə ərə getmədən uşaq doğa bilərəm” – MÜSAHİBƏ

“İtalyan kişilərdən xoşum gəlir”.

 

 

Ucnoqta.az” xəbər verir ki,  Oxu.Az ANS-in aparıcısı Elnarə Təhməzova ilə müsahibəni təqdim edir:

 

 

- Bir həftədir ki, media həmkarınız Xoşqədəm Hidayətqızı ilə türkiyəli müğənni Doğuşun ailə qurmasından yazır. Sizcə, bu piyardır, yoxsa həqiqət?

- Bu xəbərə tez-tez rast gəlirəm. İnanın mənə, hələ də o xəbəri oxumamışam ki, nə baş verir? Bu, məni maraqlandırmır. Əgər həqiqətdirsə, Allah xoşbəxt eləsin. Əgər reklam xətrinə yayılan xəbərdirsə, bu, onların şəxsi işidir. Bu cür informasiyalar insanların istədiyi bir şeydir. Bəzən insanlar özləri məcbur edirlər ki, hansısa reklam xətrinə gündəmə gələk. Əksəriyyətdə isə zombiləşmə gedir. Verilişdə ədəbli qonaqlarla normal mövzu müzakirə edilirsə, bunu adi qarşılayır, nəticə çıxarmırlar. Amma nə isə reklam edəndə, xəbərə zombi kimi hücum çəkirlər.

 

 

- Çox gözəl xanımsınız. Ola bilməz ki, şəxsi həyatınızda biri olmasın?

- Subayam, hələlik ərə getməyi planlaşdırmıram. Yaxın zaman ərzində də uşaq dünyaya gətirməyi düşünmürəm. Əgər uşaq doğmaq istəsəm, doğa bilərəm. Bunun üçün mən gəlinlik geyinib mütləq ərə getməli deyiləm. Ailə içərisində qonaqlıq da edə bilərik. Çox gözəl gəlinlik libası, yaxud möhtəşəm toyla da ailə qura bilərəm.

 

 

 

- Nakam sevgi yaşamısınız?

(Red.-müsahibim: “Nakam sevgi nə deməkdir?” İzah edirəm və söhbətimizə davam edirik...)

 

- Deyə bilmərəm ki, həyatımda ümumiyyətlə, sevgi olmayıb və mən bu hissdən xəbərsizəm. Olub və bitməsi lazım olan məqamda bitib.

 

 

 

- Vətəndaş nikahına münasibətiniz...

- Mənim üçün ən əsası insanın sağlam düşüncəli olmasıdır. Əgər insan vətəndaş nikahı ilə özünü rahat hiss edirsə, qoy elə də olsun. Mən vətəndaş nikahı ilə yaşamağın tərəfdarıyam. Amma bundan qızlarımız əziyyət çəkəcəklər. Çünki, bu Azərbaycan üçün uyğun deyil. Gün gələcək oğlan qıza deyəcək ki, illərlə bir yerdə yaşamışıq, mən səninlə niyə ailə qurmalıyam? Amma Avropada belə deyil.

 

 

 

- Əcnəbi vətəndaşla ailə qurarsınızmı?

- İtalyan kişiyə ərə gedərəm. Onlardan xoşum gəlir, şən olurlar. Elə bil ki, bu dünyaya yeyib-içib, kef çəkmək üçün gəlirlər. İtalyan dilini də çox sevirəm.

 

 

 

- Ciddi xəbər proqramının aparıcısı ola bilərsinizmi?

- Mənim əslində televiziya rejissorluğu üzrə bakalavr və magistr dərəcəsi təhsilim var. Eyni zamanda, Qeyri-hökumət təşkilatları və CNN-dən gələn müəllimlərdən ciddi xəbərin tamaşaçıya düzgün çatdırılması ilə bağlı dərslər almışam. Xəbərlərdə 3-4 ay təcrübə keçməyimə baxmayaraq heç vaxt xəbər kürsüsünə əyləşməmişəm. İndi aparıcısı olduğum verilişlərdən çox razıyam. Mən məsuliyyətli və öz üzərimdə çox çalışan insan olduğum üçün xəbər aparıcısı olsaydım, onun da içərisində ən yaxşısı olardım.

 

 

- Mətanət Əliverdiyeva, İrəm Nəbiyeva, Mikayıl Güləddinoğlu. Hər üç aparıcını xarakterizə edin...

- Mətanəti ilk əvvəl insan kimi çox istəyirəm. Biz onunla birlikdə ANS-də çalışmışıq. Hazırda o fəaliyyətini ATV-də davam etdirir. Gülərüz, pozitiv xanımdır. Verilişimə də dəvət etmişəm, səmimi efir alnıb. Onun uğurlarına sevinirəm. Bəzən incə, gözəl, model kimi görünən  aparıcıdansa, Mətanət kimi geyimində, saç düzümündə, çəkisində sərbəst olan aparıcını efirdə görmək daha yaxşıdır.

 

İrəm Nəbiyevanın saç düzümü və makiyajını bəyənmirəm. Təbii ki, bu, insanın azadlığıdır. O, özünü belə görmək istəyir. Anası xəstədir, ona şəfa diləyirəm.

 

Mikayıl Güləddinoğlu kimdir? Tanımıram.

 

(Aparıcını Elnarə xanıma xatırlatmağa çalışıram...)

 

- Deyəsən, xatırlamağa başlayıram. Həftənin bir günü dostlarım mənə yazırlar ki, “Space”-ə bax “palatka toyu” başladı. Mən həmin verilişdə tamaşaçıların plasmast stullarda əyləşdiyini görmüşəm. Düzdür, “Space” mənim ilk iş yerim olub. Amma bilmək istəyirəm ki, o kanalın plasmast stuldan başqasına pulu çatmır?  Bu, yəqin ki, aparıcıya və kanalın özünə hörmətdən irəli gələn bir şeydir. Bir kanalın ki aparıcısını tanımadın, deməli... O aparıcı məndən inciməsin. İnsanın daxili necədirsə, verilişini də elə qurur.

 

 

- Verilişinizə dəvət etdiyiniz şou-biznes nümayəndələri onları təntənəli və “çoxmərtəbəli” titullarla təqdim etməyinizi tələb edirlər?

- Əgər dövlət tərəfindən fəxri adlar verilibsə, tələb edə bilərlər. Mən bundan başqa titulları qəbul etmirəm.

 

 

- Ən qalmaqallı canlı efiriniz hansı olub?

- Bir dəfə Rəqsanə qonağım idi. Hava limanında hansısa problemləri olmuşdu. Verilişin gedişində mən o mövzuya heç toxunmadım. Mövzu tamamilə başqa idi: rəfiqələrdən danışırdıq. Rəqsanə birdən başladı ki, niyə mənim haqqımda dezinformasiya yayırlar: guya məni hava limanında döyüblər və s.

 

Həmin məqamda ANS PRESS-in jurnalisti Zülfiyyə Qurbanova canlı efirə qoşulmaq istədi. Sən demə, Rəqsanə elə Zülfiyyədən danışırmış. Telefon bağlantısı yaratdıq. Onlar canlı efirdə “vuruşmağa” başladılar. İlk dəfə idi ki, verilişimdə belə hal yaranmışdı. Reklam fasiləsində mən Rəqsanədən mövzuya nöqtə qoymasını xahiş etdim. Hətta Zülfiyyə də məndən incimişdi ki, onun zəngini yarımçıq kəsmişdim.

 

Mənim yerimə bəzi aparıcılar olsa idilər, Braziliya yaxud “Santa-Barbara” serialı kimi mövzunu uzadıb 3 həftə Rəqsanə ilə Zülfiyyəni qonaq dəvət edəcəkdilər.

 

Bütün bunlar mənə yaddır. Bəzi aparıcılar kimi ruhum xəstə deyil.

 

 

Dəfələrlə verilişimə dəvət etdiyim qonaqlar məndən xahiş ediblər ki, bu həftə filankəsi canlı efirdə “vur”. Əri ona xəyanət edib. O da xəbər tutandan sonra ərini məhkəməyə verib.

 

Mən həmişə deyirəm ki, evlənmək varsa, boşanmaq da var. Boşanmaq varsa, yenidən evlənmək var. Bu adam onsuz da çətin günlərini yaşayır. Mən onu efirdə vuranda nə olacaq ki? Təsəvvür edin ki, mənim evimə qonaq gəlib, mən də qonağa yemək-içmək verirəm, eyni zamanda onu biabır edirəm. Adama deyərlər ki, bəs, məni niyə çağırmısan?

 

 

- İşdən sonrakı məşğuliyyətiniz nədir?

- İşdən sonra daha çox internetin qarşısında vaxt keçirirəm. Kinoya baxıram, kitab oxuyuram. Digər boş vaxtlarımda aerobikaya gedirəm, kosmetoloq yanında oluram, gəzirəm, ölkədən kənarda dincəlirəm.

 

 

- Oxu.Az-ın oxucularına sözünüz...

- Oxu.Az-ın oxucularına demək istəyirəm ki, sizin yazdığınız məqalələri xüsusilə oxusunlar. Çünki çox səmimi və dürüstsünüz. Necə deyilir, eləcə də yazırsınız. Bəzi dırnaqarası jurnalistlər kimi yalan başlıqlarla diqqət çəkmək istəmirsiniz. Ona görə də oxucuları ən doğru müsahibələri məhz sizdən oxumağa dəvət edirəm.

Tarix
31 Oktyabr 2014 [09:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin