Ana səhifə
21 Noyabr 2018

Bakıda Avropa Şurasının mədəni marşrutları müzakirə olundu

Əbülfəz Qarayev:Bu forum yeni düşünücəyə, yeni gələcəyə həsr edilib”

 

 

Bakıda «Avropa Şurasının mədəni marşrutları: mədəniyyətlərarası dialoiq və sosial sabitlik naminə mədəni turizm» mövzusunda tədbir keçirilib. AŞ Avropa Mədəni Marşrutlar İnstitutu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi foruma Avropa Şurasının 29 mədəni marşrutlarını təmsil edən şəxslər, 23 dövlətin mədəniyyət və irs sahəsində çalışan təmsilçiləri, digər təşkilatların nümayəndələri, alimlər, mütəxəssislər, mədəni turizm sahəsində çalışan peşəkarlar qatılıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu tədbirin Azərbaycanın xarici siyasətində önəmli və özünəməxsus yer tutduğunu bildirib: “Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Ölkəmiz ilk dəfədir ki, son 6 ay müddətində Nazirlər Şurasına sədrlik edir və bu  tədbiri mədəniyyət və turizm marşrutlarına həsr edir.  Düşünürəm ki, bu fakt rəmzi xarakter daşıyır. Azərbaycan daxili və xarici siyasətində daim Prezident İlham Əliyevin tutduğu ana xətt üzərində davam edən siyasət çərçivəsində millətlərin, xalqların mübadiləsinə qarşılıqlı hörmət və ənənlərə sabitlik mühitin çərçivəsində öz ölkəsinin inkişafını təmin edir. Avropa Şurasına sədrlik çərçivəsində Azərbaycan mədəniyyətlə bağlı bir neçə tədbir keçirdi. Bu tədbirlərin sırasında Azərbaycanda keçirilən «Avropa mədəni irs günləri» də var idi. Strasburq şəhərində Azərbaycan mədəni proqramları silsilə olaraq təqdim olunub. Düşünürəm ki, bu tədbir də tarix, vaxt, zaman baxımından mədəniyyətlərin müxtəlifliyi baxımından çox geniş sahəni əhatə edir. Biz paliolot dövrünün Qobustan qayalarından tutmuş müasir turizm marşrutlarına qədər bərabər bir yol keçdik. Eyni zamanda, ölkəmizə məxsus müxtəlif dinlərin, təriqətlərin, müxtəlif azsaylı xalqarın mədəniyyətlərini birləşdirən Azərbaycan mədəniyyətinin muğamından baletinə qədər nümayiş etdirməyə müvəffəq olduq. Bu tədbir bizim üçün çox önəmlidir. Burada 77 təşkilatın təmsilçiləri iştirak edir. Təşkilatların əsas meyarı turizm marşrutlarının genişləndirilməsidir”. 

Nazir onu da dedi ki, Azərbaycan bu günləri özünün tarixi funksiyasını dərk edərkən öz keçmişinə baxmaqdadır: “Keçmişə baxarkən Şərqlə Qərbi birləşdirən körpü rolunu daşıyan məkanınlardan biri olan Azərbaycanı görürük. Bu gün Azərbaycanda həm xristian, həm yəhudi, həm də müsalman dinləri mövcuddur. Düşünürəm ki, bütün dinlərin daim bir-birinə dəstək olması, bir-birinin inamına hörmətlə yanaşması Azərbaycanı xüsusiyyətləndirən addımlardan biridir”.

Əbülfəs Qarayevin sözlərinə görə, gələn il Azərbaycanın təşəbbüsü əsasında dünya mədəniyyətlərarası dialoq forumu keçiriləcək: «Fürsətdən istifadə edib bu forumda təşkilatçı qismində çıxış edən Avopa Şurasının demokratiya baş direktoru Snejana Samardziç-Markoviçə, UNESCO və Ümumdünya Turizm Təşkilatına təşəkkürümü bildirirəm. Bu forum yeni düşünücəyə, yeni gələcəyə həsr edilib. Hesab edirəm ki, bugünkü marşrutlar konfransı bunun bir əlaməti və davamı kimi qəbul edilə bilər. Çünki bu gün turizm və mədəniyyət ayrılmaz bir anlayış olaraq bir-birini tamalayırlar. Mədəniyyət və turizm sərhəddsizdir”.

Qeyd edək ki, iki gün davam edəcək forum çərçivəsində seminarlar da keçiriləcək.

 

Rəqsanə

Tarix
30 Oktyabr 2014 [18:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin