Ana səhifə
21 Noyabr 2018

“Qarabağı “Yeni SSRİ”də görməyə şad olarıq” – Rusiyalı rəsmi

“Biz Qarabağı Avrasiya İqtisadi İttifaqının (Aİİ) tərkibində görməyə şad olarıq”. 
 

 

Ucnoqta.azazvision.az-a istinadən xəbər verir ki, bu barədə Yerevanda jurnalistlərə açıqlamasında Ermənistan-Rusiya parlamentlərarası Komissiyanın sədri Nikolay Rıjkov bildirib. 

Onun sözlərinə görə, əsas məsələ Qarabağın Aİİ-yə hansı statusda daxil olmasıdır: “Əgər Qarabağ Ermənistan torpağı olsa onda heç bir problem yoxdur. Siz qaydaları bilirsiniz: Həll edilməmiş problemi olan ərazilər ittifaqa qəbul olunmur. Qarabağ məsələsi həll edilən kimi, biz onu Aİİ-nin tərkibində görməyə şad olacayıq”, - deyə Rıjkov əlavə edib. 

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb. 

Saziş imzalanan qədər Ermənistan rəsmiləri dəfələrlə Aİİ-yə Dağlıq Qarabağla birgə daxil olacaqlarını bildirirdilər.

 

Tarix
30 Oktyabr 2014 [18:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin