Ana səhifə
20 Sentyabr 2018

Kukla Teatrının direktoru beynəlxalq festivala dəvət alıb

 Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sankt-Peterburq  Dövlət Mədəniyyət İnstitutu və onun nəzdində fəaliyyət göstərən uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə baş tutacaq İkinci Beynəlxalq “Caz karuseli” adlı  beynəlxalq müsabiqənin münsiflər heyətində təmsil olunmaq üçün dəvət alıb.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 24-29 fevral tarixlərində baş tutacaq nüfuzlu beynəlxalq müsabiqənin təşkilində məqsəd istedadlı uşaq və gəncləri üzə çıxarmaq və onların fəaliyyətini daha geniş miqyasda təbliğ etməkdir.
Öz ətrafına müxtəlif ölkələrdən yüzlərlə istedadlı uşaq və gənci toplayacaq müsabiqənin münsiflər heyətində Rusiyanın tanınmış incəsənət xadimləri və pedaqoqları  təmsil olunacaq.

Tarix
8 Yanvar 2016 [18:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin