Ana səhifə
18 Dekabr 2018

Şəddat Cəfərovun 75 illiyinə həsr olunmuş mərasim keçirilib - FOTOLAR

Mətbuat Şurasında tanınmış yazıçı, Azərbaycanın ilk poliqrafçı alimi, milli  poliqrafiyanın inkişafında müstəsna xidmətləri olmuş Şəddat Cəfərovun 75 illiyinə həsr olunmuş toplantı keçirilib. Şuranın Ahıl Jurnalistlər Məclisinin düzənlədiyi mərasimdə yubilyarın sənət dostları, yaxınları, veteran jurnalistlər iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq bildirib ki, Ş.Cəfərov 75 illik ömrünün 55 ilini poliqrafiya sənətinə həsr edib. Gördüyü işlər yubilyarı ölkə ictimaiyyətinə böyük istedad sahibi, səmimi və qayğıkeş dost kimi tanıdıb. Ə.Amaşov onu da bildirib ki, Ş.Cəfərov həyat və fəaliyyəti ölkə hüdudlarını aşan ziyalılarımızdandır. Ə.Amaşov həmçinin 75 illik yubileyi və Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Ş.Cəfərova rəhbərlik etdiyi qurumun dipolmunu təqdim edib.

Tarix
30 Oktyabr 2014 [18:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin