Ana səhifə
17 Noyabr 2018

“İncil Reçeli”nin ikinci hissəsinin nümayişi başlayır

Azərbaycanın premium kinoteatrı “28 Cinema” milyonların səbirsizliklə gözlədiyi film olan “İncir Reçeli” filminin ikinci hissəsinin nümayişlərinə başlayır.

 

Ucnoqta.azxəbər verir ki, Film Türkiyədə və ölkəmizdə böyük maraqla qarşılanır və təsadüfi deyil ki, ilk nümayiş günü 300.000-dən çox tamaşaçı toplamağı bacarıb. Film oktyabrın 30-dan etibarən kinoteatrda nümayiş olunmağa başlayır.
Mətin sevdiyi qadını, Duyğunu itirdikdən sonra uzun müddət yasda olur. O, “İncir Reçeli” filmini çəkməsinə baxmayaraq, həyata qarşı heç bir arzusu qalmır. Axşamları barda proqram ilə çıxış edən və mahnılarını oxuyan Mətinin yolu gözləmədiyi bir anda Gizemlə kəsişir. Barda barmen olaraq işə başlayan Gizəm, Mətinin divarlarını keçə biləcəkmi? Keçmişdə bənzər hadisələr yaşamış bu iki insan arasında yeni bir hekayə mümkündürmü?
Film romantika və dram janrında çəkilib. Filmin rejissoru Aytaç Ağırlar, rollarda isə Halil Sezai Paracıkoğlu, Şafak Pekdemir, Sinan Çalışkanoğlu kimi məşhur türk aktyorları çəkilib.
 

 

Rəqsanə

Tarix
30 Oktyabr 2014 [18:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin