Ana səhifə
12 Noyabr 2018

Bakıda Ermənistan rəhbərliyinə məhkəmə qurulacaq

Zahid Oruc: «Serj Sarqsyana, Seyran Hhanyana qarşı baş prokurorluqda açılan cinayət işi məhkəməyə çıxarılsın»

 

«Avropa məhkəməsinin yuridiksiyasi tamamilə yol verir ki, qiyabi məhkəmə keçirib qərar çıxarılsın»

 

«Xankəndidə iki azərbaycanlı girov-Dilqəm Əhmədov və Şahbaz Quliyev üzərində qurulan saxta məhkəmə prosesinə qarşı Azərbaycan vətəndaşlarında hiddət doğurub. Vətəndaşlarımızda bununla bağlı  hiddət və qəzəb nə qədər başadüşüləndirsə, vəkillə təminat, onların hüquqlarının qorunması üçün beynəlxalq təşkilatlardan yardım istəmək də bir o qədər təbiidir. Lakin hesab edirəm ki, ən effektli yol Ermənistana, onun Dağlıq Qarabağdakı bədnam rəhbərliyinə qarşı ən mühüm tədbir günü sabah Serj Sarqsyana, Seyran Ohanyana və digər hərbi cinayətkarlara qarşı Azərbaycan Baş Prokurorluğunda açılmış cinayət işini məhkəməyə çıxarmaq, sözügedən şəxsləri qiyabi mühakimə etməkdir». Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirib. Onun sözlərinə görə, Ermənistanın hazırkı rəhbərliyi bizim oradakı əsirlərdən fərqli olaraq real təcavüzkarlıq və kütləvi insan qırğınları ilə məşğul olublar: «Ona görə də Dağlıq Qarabağda tanınmayan məhkəmə strukturlarının belə bir prosesi keçirməsi nə qədər qeyri-hüquqidirsə, Azərbaycan məhkəməsində Sarqsyana və digərlərinə qarşı çıxarılacaq hökmlər şübhəsiz ki, qanuni sayılacaq. Azərbaycan məhkəmə sistemi, o cümlədən, xarici dövlətlərin, hətta, Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyası tamamilə yol verir ki, qiyabi məhkəmə prosesləri həyata keçirilsin və qərarlar çıxarılsın. Təsadüfi deyil ki, ölkəmizin hüquq praktikasında da bir neçə dəfə belə hallar gerçəkləşdirilib. Ona görə Dağlıq Qarabağdakı saxta məhkəmə prosesinə ən yaxşı zərbə bizim mühakimə orqanlarının addımı, adekvat reaksiyası olardı. Eyni zamanda qeyd edim ki, həmin çıxarılmış hökmlə məlum şəxslərin Azərbaycana gətirilməsi isə beynəlxalq hüquqa müvafiq həyata keçirilir».

Qeyd edək ki, iyulun 11-də işğal altında olan Kəlbəcər rayonunda azərbaycanlılar girov götürülüb. Onlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov olublar. Ermənilər Dilqəm və Şahbazı girov götürüblər, Həsən Həsənov isə öldürülüb. Daha sonra ermənilər tərəfindən öldürülən H.Həsənovun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub. Digər soydaşlarımız D.Əsgərov və Ş.Quliyev isə Xankəndində qondarma məhkəmə qarşısına çıxarılıb.

 

Xalid

 

Tarix
30 Oktyabr 2014 [17:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin