Ana səhifə
21 Noyabr 2018

“Azdrama”ya yeni baş direktor təyin olundu

Azərbaycan Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsinə yeni təyinat olub. APA-nın xəbərinə görə, mədəniyyət və turizm naziriƏbülfəs Qarayevin əmri ilə Azərpaşa Nemət teatrın bədii rəhbəri və baş direktoru təyin olunub. İndiyə qədər Azərpaşa Nemət teatrın bədii rəhbəri və baş rejissoru vəzifəsində çalışıb. Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor təyin olunub. Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri bu gün teatrın kollektivinə təqdim edib.
Qeyd edək ki, indiyədək teatrın baş direktoru olmuş İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb. Onunla müqavilə müddəti uzadılmayıb. 

Tarix
6 Yanvar 2016 [12:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin