Ana səhifə
14 Noyabr 2018

“Neft Daşları”nda yenidənqurma işləri aparılır

“Neft Daşları” yatağındakı 1887 saylı özüldə yenidənqurma işləri aparılır

                                                              

 

Ucnoqta.azbildirir ki, ARDNŞ-dən verilən məlumata görə, “Neft Daşları” yatağındakı 1887 saylı stasionar dəniz özülündə əlavə olaraq 4 istismar quyusunun qazılması məqsədi ilə yenidənqurma işlərinə başlanılmışdır.Özüldən qazılacaq 4 istismar quyusundan neftin hasilatını və nəqlini təşkil etmək məqsədi daşıyan layihə çərçivəsində indiyə kimi ümumi uzunluğu 120 metr olan müxtəlif diametrli 3 ədəd qoruyucu və 170 metr uzunluğunda 3 ədəd istiqamətləndirici boru quraşdırılmış, borulararası boşluq sement məhlulu ilə doldurulmuşdur. 120 metr uzunluğunda 1 ədəd qoruyucu borunun və 170 metr uzunluğunda 1 ədəd istiqamətləndirici borunun quraşdırılması nəzərdə tutulur. İşlərin bu ilin sonuna kimi başa çatdırılacağı gözlənilir. 

Qeyd edək ki, tikinti-quraşdırma işləri “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilir. 

 

Bəhruz

Tarix
30 Oktyabr 2014 [17:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin