Ana səhifə
24 Sentyabr 2018

Lisensiyasız və keyfiyyətsiz otellər bağlanacaq

Mədədniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycanda lisenziyasız və keyfiyyətsiz otellərin bağlanacağını bildirib. “Üç nöqtə”nin məliumatına görə, ilk növbədə xidməti zəif olan otellər bağlanacaq: “Hazırda monitorinq davam edir. Gələn ilin yazına qədər Azərbaycanda fəaliyyət göstərən lisensiyasız və keyfiyyətsiz otellər bağlanacaq”.

 

Nazir onu qeyd etdi ki, 9 ayın statistik rəqəmləri böyük artımdan xəbər vermir. Ancaq bu heç də Azərbaycanın turizm potensialının zəifləməsini göstərmir. «Daha çox azalama qonşu ölkələrdə müşaiyyət olunur. Xüsusi ilə Rusiya və İrandan gələn turistlərin sayı azalıb. Bu da daxili proseslərlə bağlıdır. Biz hansı forumlarda iştirak ediriksə, o ölkələrdən Azərbaycana axın baş verir. Azərbaycan təqdimatını xaricdə keçirməyə üstünlük verir. Bu innsanların Azərbaycana gəlişinə şərait yaradır. Yarım illik artım faizi cəmi 1 faiz təşkil edib. Düşünürəm ki, turistlərin sayını ilin axırınadək 3-4 faiz artacaq”. 

Nazir Ə. Qarayev regional turizm layihələrindən də danışdı: “Qafqaz dağlarında yerləşən tarixi abidələrin və qalaların marşrutlarını Türkiyə, Rusiya və Gürcüstanla birlikdə işlədik. Artıq bu layihə hazırdır və onun tətbiqinə başalayacağıq. Azərbaycan Avropa Şurasının şərab yolları və Aleksandr Düma yollarının iştirakçısıdır. Aydındır ki, bütün bunlar Azərbaycanın təbliği üçün bnəmlidir».

 

 

Rəqsanə

Tarix
30 Oktyabr 2014 [23:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin