Ana səhifə
21 Sentyabr 2018

Ermənistanın NATO oyunu

Tofiq Abbasov: “İrəvan bu yolla çalışır ki, Rusiyanın sənaye-maliyyə dairələrini hərəkətə gətirib Ermənistanda iqtisadiyyatı canlandırsın”

 

 

Son vaxtlar Ermənistan məmurları açıqlamalarında ölkələrinin Avrasiya İttifaqına girdikdən sonra iqtisadi itkilərə məruz qalacaqlarını bildirirlər..  Ermənistanın İqtisadiyyat Nazirliyi də bu günlərdə açıqlama verərək etiraf edib ki, Avrasiya İttifaqına girən zaman heç bir iqtisadi hesablama aparılmayıb. Ermənistan maliyyə nazirinin müavini Pavel Safaryan isə parlamentdə çıxışı zamanı bildirib ki, hesablama aparılıb, amma bu iqtisadi baxımdan yox, siyasi baxımdan gerçəkləşdirilib. Bu cür paradoksal yanaşmalardan heyrətlənən erməni şərhçisi Naira Ayrumayan məsələyə həsr etdiyi son məqaləsində bildirib ki, bu bəyanatları verən Ermənistan rəhbərliyi istənilən gün NATO-ya girmək barədə düşünə bilər. Erməni ekspertləri tərəfindən “NATO-ya daxil olma” məsələsinin ortaya atılmasını Rusiyaya verilən mesaj sayanlar da az deyil. Amma Avrasiya İttifaqına daxil olmuş bu ölkənin NATO-yadaxil olaması mümkünsüz sayılmaqla yanaşı, Rusiya - Ermənistan münasibətlərinə əks təsirlər göstərə biləcəyi də istisna edilmir.

Politoloq Tofiq Abbasov bildirdi ki, Ermənistanın Avrasiya İqtisadi məkanına qatılması bir neçə baxımdan qeyri-hamar oldu. Onun sözlərinə görə, ölkənin siyasi rəhbərliyi bu məsələ ilə bağlı gözlənilməz qərarlar verdiyinə görə ölkənin iqtisadi qurumları həyəcan təbili çalmağa başladılar. “Çünki ölkə daxilində qüvvədə olan bəzi kodeksləri yenidən işləmək zərurəti yarandı. Bk ilk növbədə vergi, gömrük kodekslərinə aiddir. Dəyişikliklər həm də vəsait itkiləri ilə özünü göstərəcək. İqtisadiyyat Nazirliyi tez bir vaxta prosedur əməliyyatlarını təmin etməklə yanaşı həm də digər profilli sahələrdə dəyişikliklərin edilməli oldu. Təbii ki, Ermənistanda onsuz da vəziyyəti qənaətbəxş olmayan orta və kiçik biznes mənsubları artıq anladılar ki, itkilər yükünü əsas hissəsi onların üzərinə düşəcək. İrəli sürülən təşəbbüslər asılı vəziyyətdə qaldı və hökumət prezidentin kor-təbii şəkildə yeni iqtisadi məkana transfer hazırlığını ekstremal şəkildə təmin etməli oldu”.

Politoloq bildirdi ki, iqtisadiyyat nazirinin müavini Pavel Səfəryanın son vaxt narahatlıq doğuran bəyanatları həm də onunla bağlıdır ki, Ermənistan tam şəkildə xarici iqtisadiyyat dairələrindən asılıdır. Onun sözlərinə görə, ölkənin ümumdaxili məhsul göstəriciləri (ÜDM) ona görə çökür ki, rəqabətə dözümlü məhsullar istehsal olunmur. Əgər ölkənin eksport potensialı durmadan zəifləyirsə, deməli, staqnasiya vəziyyəti bir gün defolt halına keçid alacaq.

Rolitoloq hesab edir ki, bu tərz ən arzuolunmaz prosesin qarşısı yalnız iqtisadi müstəvidə alına bilər ki, bu konkestdə Ermənistanın rəhbərliyi acizlik nümayiş etdirir. “Niyə? Ona görə ki, iqtisadi problemlərin həllini siyasi gedişlərlə həll etmək mümkünsüzdür. İndi İrəvan NATO oyununu ona görə ortaya atır ki, Rusiyanın sənaye-maliyyə dairələrinin hərəkətə gətirib Ermənistanda iqtisadinda canlanması yaratsın. Bu özünəməxsus təhrik metodudur. Bununla İrəvan Moskvanı hədələyib anladır ki, guya Rusiya iqtisadi köməklik göstərməsə, onda Ermənistan şimali atlantika blokuna üzv olmağı özü üçün məqbul sayacaq. Lakin bu qondarma təşəbbüsdən blef iyi gəlir. Əvvəla, ona görə ki, NATO-ya qoşulmaq o qədər də asan deyil. İkincisi, Ermənistan  Rusiyanın təsir dairəsindən çıxa bilməyəəcək. Qərbmeyilli qüvvələr Ermənistanda bir o qədər də ixtiyar sahibi deyillər. Ona görə də bu kimi anons və hədələr sadəcə qabaqdangəlmişlik silsiləsindən olan cılız manevrlərdir ki, onların heç bir əhəmiyyəti və geosiyasi təpəri yoxdur. Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyənə qədər onun iqtisadi qapılarının açarları Bakını əlində qalacaq. Bu məntiqi hamı dərk etsə də, İrəvan başbilənləri qulkaq ardına vururlar. Ona görə də çıxış yolunu lazımsız və düşük gedişlərdə görürlər”.

 

Tahirə Qafarlı

Tarix
30 Oktyabr 2014 [23:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin