Ana səhifə
20 Noyabr 2018

Elmar Məmmədyarov Vesna Pusiçi qəbul edib

2014-cü ilin 30 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Xorvatiya Respublikası Baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə naziri Vesna Pusiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

 

Ucnoqta.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Azərbaycan İlə Xorvatiya arasında sıx münasibətlərin olduğunu bildirən nazir Elmar Məmmədyarov əlaqələrimizin cari durumunu yüksək qiymətləndirmişdir. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafında əhəmiyyətini diqqətə çatdıran nazir Elmar Məmmədyarov bu kimi səfərlərin gələcəkdə daha da artırılmasının  vacibliyini diqqətə çatdırmışdır.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminində xüsusi rol oynadığını bildirən Vesna Pusiç Xorvatiyanın Azərbaycan ilə enerji sektoru sahəsində əməkdaşlıqla maraqlı olduğunu bildirmişdir. Vesna Pusiç ölkələrimizin bir sıra sahələrdə, xüsusilə gəmiqayırma sahəsində  uğurlu əməkdaşlıq etdiyini qeyd etmişdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Xorvatiyanın münaqişə ilə bağlı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin yüksək qiymətləndirildiyini demişdir.

Həmçinin, görüşdə müqavilə-hüquq bazasının genişləndirilməsi, sərmayələrin təşviqi, mədəniyyət, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

 

Bəhruz

Tarix
30 Oktyabr 2014 [16:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin