Ana səhifə
19 Noyabr 2018

Onların yerinə niyə seçki keçirilmir?

Milli Məclisdə 4 deputat yeri aylardır boş olaraq qalır. Belə ki, 34 saylı Xətai II, 110 saylı Zaqatala, 19 saylı Nərimanov birinci seçki dairəsi və 100 saylı Şəmkir-Daşkəsən dairəsini Milli Məclisdə təmsil edən millət vəkili yoxdur. Səbəb məlumdur: adı ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə rüşvət qalmaqalında çəkilən Gülər Əhmədova 2012-ci ilin mart ayında deputat mandatından imtina edib. Onun istefasından sonra 34 saylı Xətai II seçki dariəsi indiyədək deputatsız qalıb. 

Ucnoqta.az xəbər verir ki, 110 saylı Zaqatala dairəsi Hikmət Atayevin faciəli ölümündən sonra boş qalır. Bundan əlavə 19 saylı Nərimanov birinci seçki dairəsindən seçilən deputat, Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov baş nazirin müavini təyin olduqdan sonra onun da mandatı geri alınıb. Analoji olayla hakim partiyanın icra katibinin müavini Mübariz Qurbanlı da üzləşməli olub. O prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunandan sonra deputat mandatı ilə vidalaşdı. Göründüyü kimi hal-hazırda Milli Məclisdə 4 deputat yeri boşdur. Növbədənkənar parlament seçkilər keçirilmədiyindən parlamentdə bu seçki dariələri təmsil olunmur. 

Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət edir, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə dair qərar verməlidir.

Digər tərəfdən Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir.

Növbəti parlament seçkilərinə bir il qaldığından qanunun tələbinə görə, boş qalan dörd dairədə yeni seçkilər keçirilməlidir. Bəs növbədənkənar seçkilər nə zaman keçiriləcək?

Mərkəzi Seçki Komissiyası (MSK) bu suala cavab verilib: “Boş qalan yerlərə seçkinin keçirilməsi təyin olunmalıdır. Bundan sonra MSK seçkiləri keçirə bilər”.

Göründüyü kimi indiki durumda boşl qalan yerlərə seçkilərin keçirilməsi real görünmür.

 

AzVision.az

Tarix
30 Oktyabr 2014 [16:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin