Ana səhifə
13 Noyabr 2018

Polis 120 min dollar tapdı və...

Kaliforniyadan olan polis işdən evə qayıdarkən yoldan 120 min dollar tapıb.  

 

Ucnoqta.aztrend-ə istinadən xəbər verir ki, bu barədə RİA Novosti “Sky News”-a istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən qadın Konkord şəhərindən keçərkən boş yolda üzərində təkər izləri olan iki böyük çanta görüb. Onlarda nə olduğunu öyrənmək üçün dayanarkən polis içərisi 100 dollarlıq əsginaslarla dolu paketlər aşkar edib.

Çantanı açarkən “bunun həqiqət olduğuna inana bilməyib”. Lakin 20 illik iş təcrübəsinə malik olan asayiş keşikçisi bu pulları hara verməyin lazım olduğunu dərhal anlayıb.

Onun sözlərinə görə, bu hadisə onun uşaqlarına düzgünlüyü öyrədəcək: "Həmin anda küçədə heç kim yox idi, hətta heç kim bu barədə bilməyəcəkdi. Amma insanın bütövlüyünü heç kimin baxmadığı vaxt sizin nə etdiyiniz müəyyən edir".

Polis artıq pulları öz sahibinə qaytarsa da, onların nə üçün küçəyə atıldığını araşdırır.

Polis qadın isə dürüstlüyünə görə mükafatlandırılıb.

 

Tarix
30 Oktyabr 2014 [21:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin