Ana səhifə
13 Dekabr 2018

"Azərbaycanda belə bir jurnalın nəşr olunmasına təəssüf edirəm"

Azərbaycanda homoseksuallarla bağlı dərc olunan jurnal Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə tamamilə ziddir. Bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, dünyada hər bir xalqa xas olan dəyərlər var: “Avropada da müəyyən dəyərlər var ki, biz onların bir hissəsini mənimsəyirik və öz dəyərlərimizi Avropaya, dünyaya ixrac edirik. Eyni zamanda, Azərbaycan tolerant ölkədir. Azərbaycanın qanunları dünyanın inkişaf etmiş ölkələrinin qanunları ilə bərabər səviyyədədir. Ancaq bizim ali mənəvi dəyərlərimiz var. Biz dünyadan nə qədər dəyərlər mənimsəsək də, özümüzün əsrlər boyu formalaşan dəyərlərimizi qoruyub saxlamalıyıq və o dəyərləri aşağılayan heç bir hala yol verməməliyik. Ona görə də, Azərbaycanda belə bir jurnalın nəşr olunmasına təəssüf edirəm. Əminəm ki, bu jurnal milli dəyərlərimizə zidd olduğu üçün özünə yer tutmayacaq”.
Ə.Amaşov bildirib ki, Azərbaycanda bundan əvvəl də milli dəyərlərimizə zidd nəşrlər olsa da, sonradan özlərinə oxucu qazana bilmədiyi üçün onlar bağlanıb.
Qeyd edək ki, Azərbaycanda homoseksuallarla bağlı “Monority” adlanan jurnal nəşr olunub. Jurnalda milli-mənəvi dəyərlərimizə tamamilə zidd şəkillər və materiallar yerləşdirilib.trend

Tarix
24 Dekabr 2015 [18:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin