Ana səhifə
16 Noyabr 2018

Aytac Bərdəli Afaq Aslandan qorxdu

Afaq: « Aytacın verilişi yarımçıq tərk etməsi onun acizliyidir»

 

 

Gənc müğənnilər Afaq Aslan və Aytac Bərdəli arasında qalmaqal yaşanıb. Münasibətlərin daha öncə pozulduğu isə  “Space” telekanalında yayımlanan “Hər bir havada” verilişinin çəkilişləri zaman bəlli olub. Afaqı görən Aytac öncə verilişdən imtina etsə də, aparıcının təkidi ilə çəkilişlərdə iştirak edib. Çəkiliş zamanı Aytac Afaqa jest edib ona xoş sözlər desə də, Afaq həmkarını tənqid etməkdən çəkinməyib. Emosialarını çılovlamağa çalışan Aytac verilişi yarımçıq tərk edib. Məsələ ilə bağlı açıqlama verən Afaq deyib ki, qadın güclü olmalıdır: “İstər sənətdə, istərsə də şəxsi həyatında. Mübarizə etməyi bacarmalısan. Aytacın verilişi yarımçıq tərk etməsi onun acizliyidir. Əslində, onunla eyni verilişdə iştirak etmək heç mənə də xoş deyil. Mən də verilişi tərk edə bilərdim. Amma bu hərəkət tamaşaçılara qarşı böyük hörmətsizlik olardı kı, onu da Aytac etdi. Son zamanlar belə qərara gəlmişəm ki, insanlar arasında baş verən xoşagəlməz hadisələr pərdə arxasında qalsa yaxşıdır. İstəməzdim Aytacla aramızda baş verən münasibət hər kəsə bəlli olsun”.

 

Verilişin aparıcı Aytənin “Siz Aytac Bərdəlini müğənni kimi tanıyırsınız?” sualına A.Aslan bu cür cavab verdi: “Mən o adda adamı və onun müğənni olduğunu aramızda baş verən qalmaqaldan sonra tanımışam. Onun nə mahnılarını eşitmişəm nə də sənətindən xəbərim var”.

Tarix
30 Oktyabr 2014 [19:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin