Ana səhifə
21 Noyabr 2018

Ermənilərdən şəhid təxribatı- Azərbaycana qarşı

Dünən saat 22:20 radələrində azərbaycanlı çavuşun erməni hərbçiləri tərəfindən öldürülməsi ilə bağlı Ermənistan mətbuatının yaydığı xəbərə Azərbaycan Müdafiə Nazirliyi reaksiya verib. 
 

 

Ucnoqta.az xəbər verir ki, Nazirlik “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Ermənistanın hərbi-siyasi rejiminin Azərbaycana qarşı daim iftira və yalan xəbərləri üzrə ixtisaslaşan voskanapat.info saytı və onun rəhbəri yalnız bu kimi xəbərlər yaymaqla gündəmdə qalmaq, ordumuza qarşı qara piar kampaniyasını davam etdiməklə məşğuldurlar:

“Rəsmi olaraq bildiririk ki, bu kimi məlumatın heç bir əsası yoxdur və düşmən tərəfindən dövriyyəyə buraxılan bu informasiya təxribat məqsədi daşıyır. Xüsusi olaraq qeyd edirik ki, nazirliyin tabeliyində olan hərbi hissələrdə bu ad və soyadda, ümumiyyətlə, heç bir hərbi qulluqçu xidmət etməyib və hazırda da xidmət etmir.

Müdafiə Nazirliyi cəbhədə düşmən tərəfindən törədilən hər bir təxribat hadisəsi barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə rəsmi internet səhifəsi vasitəsilə gündəlik xəbərlər verir.

Bir daha bildiririk ki, cari ilin iyul-avqust ayları ərzində ölü və yaralı olaraq 70-dək itki verən erməni tərəfi Silahlı Qüvvələrimizin onlara vurduğu sarsıdıcı zərbədən hələ də özlərinə gələ bilməyərək itkilərini gizlətməkdə davam edir və davamlı olaraq bu tip provokasiyalara əl atırlar”.

Qeyd edək ki, voskanapat.info saytının yaydığı məlumata görə, Məsimov Çingiz adlı snayperçimiz dünən saat 22:20 radələrində erməni hərbçiləri tərəfindən açılan atəş nəticəsində öldürülüb.

 

Tarix
30 Oktyabr 2014 [15:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin