Ana səhifə
14 Noyabr 2018

Qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirməkdir

Malik Həsənov: Neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempi qoruyub saxlanılmalı və onun ixrac imkanlarını genişləndirilməlidir

 Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir.
Azərbaycanın inkişaf strategiyasında hər dövrün çağırışlarına yüksək səviyyədə  cavab verməsi, yeni-yeni hədəflərin gerçəkləşdirilməsinə səy göstərməsi iqtisadi inkişaf modelinin dünya üçün cəlbediciliyini daha da artırır. Bu gün iqtisadiyyatın şaxələndirilməsinin nə qədər əhəmiyyətli olduğu bir daha diqqət çəkir.Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Malik Həsənov bildirir ki, Azərbaycanın təşəbbüsü ilə  reallaşan neft-qaz layihələrinin davam etdirilməsi ölkəmizin sadiq qaldığı, dəsətəklədiyi  şaxələndirmə siyasətinin məntiqi nəticəsidir. «Bu siyasətin nəticəsidir ki, son on iki ildə Azərbaycanda böyük enerji potensialı yaradılıb. Ölkə iqtisadiyyatının və əhalinin ehtiyacından da artıq enerji istehsal edəcək  stansiyaların işə salınması nəticəsində Azərbaycan hazırda enerji ixrac edən ölkələr sırasındadır.  Möhtərəm Prezidentimiz İlham Əliyevin  vurğuladğı kimi  BTC, BTƏ neft-qaz kəmərlərinin davamı kimi  maraq doğuran daha möhtəşəm layihələr də hələ son deyildir.
Dünya  dövlətlərinin maraq göstərdiyi «Cənub» qaz dəhlizi,  TANAP, TAP layihələrinə  tərəfdaşların da sayı artmaqdadır.  Bakıda «Cənub» qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə  Azərbaycan haqqında səslənən  xoş məramlı sözlər ölkəmizə verilən dəyər olmaqla  Ulu öndər Heydər Əliyevin  müəyyənləşdirdiyi neft strategiyasını  davam etdirən Prezident İlham Əliyevin qətiyyət və siyasi iradəsinin təsdiqi  kimi hər bir ölkə vətəndaşını qürurlandırdı. «Cənub» qaz dəhlizinin Avropa ölkələri üçün əhəmiyyətini qeyd edənlər Azərbaycanın dünya neft bazarındakı rolunu da yüksək dəyərləndirdilər». Onun sözlərinə görə, bu layihənin də təşəbbüskarı Azərbaycan olmuşdur. «Əsas maliyyə yükünü də Azərbaycan öz üzərinə götürmüşdür. Ona görə, enerji siyasətimizlə bağlı olan təşəbbüslər və reallaşan layihələr çoxdan regional çərçivələrdən çıxıb və bu gün Azərbaycan qlobal enerji bazarında çox etibarlı, ciddi ölkə kimi tanınır. Bizim qərarlarımız, Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində həlledici rol oynayır. Biz bunu bilirik. Bu reallığı öz siyasətimizlə, cəsarətli addımlarımızla və müstəqil siyasətlə biz yaratmışıq. İki neft və qaz kəmərinin tikintisi demək olar ki, bölgədə yeni enerji xəritəsini yarada bilmişdir. Bu gün enerji xəritəsinin yaradılması, o xəritəyə düzəlişlərin edilməsi məsələləri də Azərbaycanda həll olunur»  söyləyən  dövlətimizin  başçısı İlham Əliyevin  bildirdiyi kimi «Cənub» qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir: «Bu, bizim üçün enerji təhlükəsizliyidir. Çünki Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanı qazanacaq. Bu, həm də istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir. Çünki bu gün enerji təhlükəsizliyinə istənilən ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Enerji resursları nəinki çiçəklənmə, proqnozlaşdırma və sabitlik mənbəyi ola bilir, həmçinin bəzən rəqabət və düşmənçilik mənbəyinə də çevrilir. Fikrimizcə, bizim fəlsəfəmiz ondan ibarətdir ki, enerji resursları sabitliyə, proqnozlaşdırmaya, əməkdaşlığa və qarşılıqlı dəstəyə töhfə verməlidir. Əminəm ki, hasilatçı, tranzit və istehlakçı ölkələr üçün uduşlu vəziyyət, layihənin 3 komponenti arasındakı maraqlar balansı layihəmizin uğurla həyata keçirilməsinin başlıca səbəbi olacaq.»
Azərbaycan dünya miqyasında böyük qaz ölkəsi kimi  mövqeyini möhkəmləndirməkdədir. Üç trilyon kubmetr qaz ehtiyatına malik Azərbaycan dünya enerji bazarında  100 il ciddi oyunçu kimi öz rolunu oynayacaq, ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcəkdir. Çünki  TANAP, TAP boru kəmərləri layihəsi dünya miqyaslı, strateji əhəmiyyətə malik layihələrdir. Bu layihələrin təşəbbüskarı olan Azərbaycan isə həlledici sözə malikdir. «Enerji siyasətimizlə bağlı bizim növbəti illərdə çox böyük planlarımız vardır» sözləri ilə şaxələndirmə siyasətinin uğurlarını diqqətə çatdıran  Prezident İlham Əliyevin vurğuladığı kimi, son illərdə   uğurlar daha çox qaz amilində özünü göstərib. Təbii ki, bu layihələr böyük maliyyə, çox geniş beynəlxalq əməkdaşlıq tələb edir. Hazırda bu layihələrdə iştirak edən bütün ölkələrlə Azərbaycanın münasibətləri işgüzar, bir-birinə hörmət əsasında qurulub. Növbəti beş il ərzində icrası nəzərdə tutulan layihələrin vaxtında  başa çatdırılacağına  inam isə görülən işlərin ahəngidir. Əsas odur ki,  layihələrin icrası Azərbaycanı bundan sonra onilliklər ərzində çox önəmli beynəlxalq oyunçuya çevirəcək. «Hazırda bizimlə hesablaşırlar. Bizim sözümüz böyük məna daşıyır. Bakıda qəbul edilmiş qərarlar bir çox hallarda enerji siyasətinin istiqamətlərini müəyyən edir. Biz bu iki layihəni icra etsək, - əminəm ki, biz buna nail olacağıq, - onda bizim çəkimiz daha da artacaqdır» söyləyən Prezident İlham Əliyev dəfələrlə bildirir ki, tərəflər arasındakı  səmimi  tərəfdaşlıq imkanlarının yaradılması bölgədə sabitliyin təminatı üçün də vacibdir. Azərbaycanın birmənalı,  xalqın iradəsinə əsaslanmış siyasəti milli maraqlar üzərində qurulmuş, ölkəmizin gələcəyi ilə bağlı proiritetləri  əhatə edir.
 Təbii ki, beynəlxalq maliyyə qurumlarının uğurlarımıza söykənərək açıqladığı proqnozlar da diqqət çəkəndir.  Məlum olduğu kimi,  Beynəlxalq Valyuta Fondu «Dünya İqtisadi Proqnozları» adlı hesabatında Azərbaycan iqtisadiyyatına dair proqnozlarını dəyişərək, iqtisadiyyatın cari ildə  4 faiz artacağını bildirib.  Amma  apreldə yaydığı  hesabatda proqnoz  0,6 faiz idi.  Beynəlxalq Valyuta Fondu gələn il Azərbaycanda  ümumi daxili məhsulun 2,5 faiz artacağını gözləyir. Azərbaycanın iqtisadi artım proqnozunun yüksəldilməsi uğurlu sosial-iqtisadi islahatlara, bu günün reallıqları əsasında yeni-yeni hədəflərə əsaslanır.  Beynəlxalq aləmdə islahatçı, eyni zamanda təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınan Azərbaycan «Doing Business 2016» hesabında mövqeyini möhkəmləndirmişdir. Belə ki,  ölkəmiz  sahibkarlıq fəaliyyətinin aparılmasının ümumi reytinqində  100 mümkün xaldan 67,8 xal toplayaraq, 63-cü yeri tutur. Xatırladaq ki,  2015-ci ilin reytinqində 80-cı, 2014-cü ildə 70-ci yer tutan Azərbaycan «Doing Business» reytinqində öz mövqeyini 17 pillə  yaxınlaşdırıb. Azərbaycan qeyd olunan hesabatda  dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub. Təbii ki, ölkəmizin bu uğuru son dövrlər biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı  göstərilən təşəbbüslərin, atılan biri-birindən əhəmiyyətli addımların nəticəsidir. Bu il «Fitch Ratings» agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Başqa ölkələrin reytinqinə diqqət yetdirdikdə  aşağı düşdüyünün şahidi oluruq. O da məlumdur ki, Dünya İqtisadi Forumunun  qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Bununla da,  Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayır. Reytinqə görə Qazaxıstan 42-ci, Rusiya 45-ci, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü, Qırğızıstan isə 102-ci sırada qərarlaşıb.  Azərbaycan yenə də dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındadır. Rəqabət reytinqinin formalaşmasında və onun davamlı olaraq yaxşılaşmasında ölkədəki makroiqtisadi sabitlik çox mühüm rol oynayır. Artıq bir neçə ildir ki, Azərbaycan həmin reytinqin tərkibində makroiqtisadi sabitlik üzrə birinci onluqdadır. Onu da nəzərə almaq lazımdır ki,  bu nailiyyətlər dünyada dərin iqtisadi və maliyyə böhranın davam etdiyi, xüsusən  Avrasiya məkanında bu böhranın daha da ciddi formalar aldığı bir dövrdə əldə edilib. Dövlətimizin  özəl bölmənin inkişafı, şəffaflığın təmin edilməsi  istiqamətində atdığı addımlar təqdir olunur və bu fikir böyük inam hissi ilə qeyd edilir ki, biznes mühitinin yaxşılaşdırılması yönümündə  davamlı addımlar Azərbaycanın reytinq cədvəlində daha yüksək pilləyə qalxması üçün imkanları artırır.   Dövlətimizin başçısı İlham Əliyev reallıqlar əsasında bu inamı ifadə edir ki, şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyarın cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı  mübarizə, bütün bu amillər iqtisadi inkişafı təmin edəcək.

Tarix
23 Dekabr 2015 [14:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin