Ana səhifə
22 Sentyabr 2018

Velosipedçilərimiz Çinə gedəcək

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçiriləcək daha bir çoxgünlük yarışda mübarizə aparacaq.

 

 

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, velosipedçilərimiz sayca 5-ci dəfə təşkil olunacaq "Tour of Taihu Lake" yürüşündə çıxış edəcəklər. Noyabrın 1-də start götürəcək 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malikdir.

Yürüşdə iştirak edəcək heyətə gəlincə, Çində 2 gün öncə başa çatan Haynan Turunda mübarizə aparmış 7 velosipedçidən yalnız biri "Tour of Taihu Lake" yarışında iştirak etməyəcək - bu, Kristof Şvayzerdir.

"Synergy Baku"nun "Tour of Taihu Lake" yürüşü üçün heyəti: Maksim Averin, Elçin Əsədov, Aleksandr Surutkoviç, Samir Cəbrayılov, Ənvər Asanov və İsmayıl İlyasov.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.

 

Tarix
30 Oktyabr 2014 [20:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin